Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : General Rail Rzayevin qətli qruplaşmaları üz-üzə qoyub

  Sayta qoyulub: 13:51 26.04.2009 (1931 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

General Rail Rzayevin qətli qruplaşmaları üz-üzə qoyub

Hakimiyyətdəki ciddi qruplaşmalardan biri Rail Rzayevin qatilinin tutulmasına imkan vermir
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, müdafiə nazirinin müavini Rail Rzayev fevralın 11-də qətlə yetirilsə də, bu günə kimi cinayətin üstü açılmayıb. Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupunun faktla bağlı açıqlama verməkdən imtina etməsi generalın qətli ətrafındakı müəmmaları daha da artırıb.
Qeyd edək ki, general-leytenant Rail Rzayev qətlə yetiriləndən bir neçə gün sonra faktla bağlı üç nəfərin həbs edildiyinə dair informasiyalar yayıldı. Amma hüquq-mühafizə orqanları dərhal bu xəbərləri təkzib edərək, heç kimin şübhəli şəxs qismində saxlanılmadığını bildirdilər. Buna baxmayaraq, milli təhlükəsizlik naziri Eldar Mahmudov mətbuata müsahibəsində istintaqın dörd versiya üzərində işlədiyini deyərək, cinayətin üstünün tezliklə açılacağının anonsunu verdi.

Aprelin 23-də "Yeni Müsavat" qəzeti Bakı sakini Anar Rəfiyev adlı şəxsin Rail Rzayevin qətlində təqsirli bilinərək, həbs edildiyinə dair məlumatlar yaydı. Anar Rəfiyev barəsində Nəsimi rayon Məhkəməsinin hakimi Sevda Hüseynovanın sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi bildirildi. Amma hakim Sevda Hüseynova "Turan" İnformasiya Agentliyinə açıqlamasında Anar Rəfiyev barəsində 3 aylıq həbs qərarı çıxarmadığını dedi. Generalın qətlilə bağlı ziddiyyətli məlumatların ortaya çıxması bu olay üzərindəki sirr pərdəsini bir qədər də tündləşdirib.
Maraqlıdır ki, bir qədər sonra hüquq-mühafizə orqanları Anar Rəfiyev adlı şəxsin həbs olunduğunu təsdiqlədilər. Bununla bağlı yayılan məlumatlarda saxlanılan şəxsin Rail Rzayevin adyutantının oğlu olduğu bildirildi. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda Anar Rəfiyevin avtomobilindən mərhum generala məxsus hərbi geyimin götürüldüyü qeyd olundu. Amma saxlanılan şəxs barəsində oğurluq maddəsi ilə cinayət işinin qaldırılması meydana yeni ziddiyyətlər çıxardı. Dünən günün ikinci yarısında isə bəzi xəbər portalları general Rail Rzayevin qətli ilə bağlı, ümumiyyətlə, heç kimin saxlanılmadığına dair məlumatlar yaydılar.
Mərhum komandanın qətlilə bağlı meydana çıxmış müəmmaları "Reytinq"ə şərh edən hüquq-mühafizə orqanlarındakı mənbə isə problemin hakimiyyətdaxili qruplaşmalar arasındakı ziddiyyətlərdən qaynaqlandığını deyib. Onun sözlərinə görə, iqtidar düşərgəsindəki ən iri qruplaşmalardan biri general Rail Rzayevin qətli üzərindəki sirr pərdəsinin qaldırılmasında maraqlı deyil. Mənbə hakimiyyətdaxili ziddiyyətlər nəticəsində Daxili İşlər Nazirliyinin (DİN) prosesdən qismən kənarlaşdırıldığını deyib. Onun sözlərinə görə, DİN-in əməliyyat-istintaq qrupundakı əməkdaşları əməliyyat-axtarış tədbirlərindən uzaqlaşdırılıblar. MTN rəhbərliyi isə faktla bağlı rəsmi açıqlama yaymaq istəmir. Nəticədə əməliyyat-istintaq tədbirləri tamamilə Respublika Prokurorluğunun nəzarətinə keçib.
Mənbə deyib ki, qətlin sifarişçiləri barədə hakimiyyətdəki qruplaşmalarda dəqiq məlumat var. Onun sözlərinə görə, bəzi iddiaların əksinə olaraq, generalın qətlinə sifariş Azərbaycanın hüdudları daxilində verilib. Maraqlısı isə odur ki, uzun müddətdən bəri bir-biri ilə konfliktdə olan bəzi qruplaşmalar rəqiblərini sıradan çıxarmaq üçün tezliklə cinayətin üstünün açılmasına çalışırlar. Qarşı tərəfin bu prosesi əngəlləmək istəməsi isə dövriyyəyə ziddiyyətli informasiyaların buraxılması ilə müşayiət olunur.
Sonda mənbə onu da bildirib ki, general-leytenant Rail Rzayevin qətli ətrafındakı müəmma hakimiyyətdaxili qarşıdurmanı bir qədər də dərinləşdirib. O, qarşıdakı günlərdə məmurların kompromat savaşının daha kəskin xarakter alacağını deyib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829