Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Anar Məmmədxanovluğun səbəbi rüşvətxorluqdur!

  Sayta qoyulub: 18:52 19.04.2010 (774 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir dəstə adam var, bunların sevimli mövzusu maarifçilikdir. Maarifçilik onlar üçün öz yaltaqlıqlarını, Şərə xidmətlərini ört-basdır etmək vasitəsidir. Araşdırsan, Qərb maarifçiləri cəhənnəm, heç Axundovu da düz-əməlli oxumayıblar. Amma elə ki, bu adamlardan ölkədəki ədalətsizliklər, korrupsiya, hüquqi nihilizm haqqında nəsə soruşursan, söhbətin başını aparıb xalqın mədəni səviyyəsinin aşağı olmasına bağlayırlar. Ardınca da mütləq əlavə edirlər: "Bizim bircə çıxış yolumuz var, maarifçilik".
Əlbəttə, Azərbaycanın inkişaf etmiş cəmiyyətə, müasir dünyanın bir parçasına çevrilməsində maarifçiliyin əhəmiyyətini heç kim danmır. Ancaq lətifə danışmaqla deputat mandatına yiyələnib, sonra da maarifçilikdən sığınacaq yeri kimi istifadə etməyin bir adı var - riyakarlıq. Yəqin ki, başa düşdünüz, söhbət yuxarıda haqqında danışdığımız saxta maarifpərvər dəstənin öncüllərindən biri Anar Məmmədxanovdan gedəcək. Əlbəttə, cənab Məmmədxanovun əvvəlki cah-cəlalından əsər-əlamət qalmayıb, indi onun xanimanında yel əsib yengələr oynayır. Hər kəs onun haqqında "vurulmuş fiqur" kimi bəhs edir, baxmayaraq ki, Anar müəllim "Demokrat"ın son sayına müsahibəsində bunu inkar edir, onun "vurulması" haqqında yazılanları vecinə almadığını deyir. Ancaq hətta bu sözlərindən də barəsində "vurulmuş fiqur" kimi bəhs olunmağın Anar müəllimin necə vecinə olduğu, onu necə incitdiyi, ağrıtdığı aydın görünür.
Məmmədxanovun məlum müsahibəsinin ana motivini isə ölkədəki rüşvətxorluğun mədəniyyətsizlikdən irəli gəlməsi haqqında ilk baxışda çox intellektual görünən, amma əslində dəhşətli dərəcədə çürük tezis təşkil edir. Anar müəllim, əgər səmimiyyətiniz və cəsarətiniz çatıb, Azərbaycanda rüşvətxorluğun hakimiyyət üçün həyat normasına, pulun dövləti idarə etmə fəlsəfəsinə çevrildiyini deyə bilmirsinizsə, danışmayın. Ќə məcburdu? Kimsə alnınıza tapança dirəyib sizdən danışmağı tələb etmir ki? Miri Qəmbərov 10 ildi deputatdı, bir dəfə ağzını açıb nəsə danışmayıb, xəncərinin qaşımı düşüb? Görürsünüz ki, veriləcək suallar qarşısında doğru-dürüst cavabınız, insanları dediklərinizə inandıra biləcək arqumentiniz yoxdu, susub oturun yerinizdə.
Çünki kimsə durub rüşvətxorluğu, korrupsiyanı cəmiyyətin mədəni səviyyəsinin aşağı olması ilə izah edirsə, qarşısına Gürcüstan nümunəsini qoyarlar, "mıkk" da deyə bilməz. Gürcüstan və Azərbaycanda xalqın mədəni səviyyələri çoxmu fərqlənirdi? Bəs nə baş verdi ki, Saakaşvili hakimiyyətinin bərqərar olması ilə Gürcüstanda korrupsiya tarixə çevrildi, Qafqazın ən mafiyalaşmış, kriminallaşmış ölkəsi hüququn, qanunçuluğun beşiyi halına gəldi? Demək ki, siyasi iradə və istəyin olduğu yerdə heç nə rüşvətxorluğun, ədalətsizliyin at oynatması üçün bəhanə ola bilməz. Ona görə də özünüzü yormayın, cənab Məmmədxanov, unutmayın ki, müdrik, intellektual maskası altından "fəlsəfə kaçatlamaq" 10 il əvvəldə qalıb. Artıq insanlar öz cəsarətsizliklərini, zülmə, zülümkara züy tutmalarını saxta maarifçi obrazı ilə malalamağa çalışanlara gülüb keçirlər.
Özünüzü elə göstərməyə çalışmayın ki, guya Azərbaycanın inkişaf etmiş, mədəni, demokratik, hüquqi dövlətə çevrilməsi sizin üçün hava, su kimi lazımdır. Əsla! Kim də bilməsə, siz bilməlisiniz ki, insana yaxşı lətifə danışdığına görə deputat mandatı vermək yalnız rüşvətin və saxtakarlığın hegemon olduğu ölkədə mümkündür.

Hacı İlqarın heyvan ayrı-seçkiliyi
Hacı İlqar İbrahimoğlu deyerler.org saytında Bakıda keçirilən itboğuşdurma çempionatını qınayıb. İki itin ölümündən sarsıldığını kədərli cümlələrlə ifadə edib. Axırda da yazıb: "Aman Allah! Bu baş verənlər nədir?! İnsanlığın hələ də bu primitiv vandallıqdan çıxa bilməməsi bir gerçəklik imiş!? Hacı İlqarın fəryad səslərinə qatılmamaq mümkün deyil. İlqar bəy öz sarsıntısında, bu sarsıntını nifrət və qəzəb dolu cümlələrlə hər kəsə hayqırmaqda haqsızdırmı? Əlbəttə, haqlıdır.
Amma bir dəqiqə, Hacı İlqar əfəndi, bunu sizmi deyirsiniz? Güneydə milyonlarca dinc soydaşımızı qanına qəltan edən İran rejiminə səssiz qalan Hacı İlqarmı deyir bunları? İtlərin ölümünə bunca kədərlənən Hacı İlqar İrandakı günahsız edamlar qarşısında niyə lal-dinməzdir? İnsanları sevmədən itləri sevmək necə mümkündür?
Ümumiyyətlə, bir bizi başa sal görək, kimə lazımdır bu yalançı, saxta heyvan sevgisi, Hacı İlqar əfəndi? "Yalançı, saxta heyvan sevgisi" deyirəm, çünki həm bir gündə milyonlarca qoyuna bıçaq çəkilməsini müqəddəs dəyər kimi qəbul edən zehniyyətə sahib olub, həm də gerçək heyvan sevgisinə sahib olmaq mümkün deyil.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829