Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Zahid Oruc olmamağın gözəlliyi

  Sayta qoyulub: 17:23 12.04.2010 (696 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Zahid Orucun deputat mandatının saxta elan edilməsindən təbii nə ola bilər? Heç nə. Bəs Zahid Orucun Avropa Məhkəməsinin qərarına etirazı necə, təəccüblüdürmü? Əlbəttə, yox. Türklər demiş, ne yani, "balaca Fəzail Ağamalı" çıxıb da, "Avropa Məhkəməsi haqlıdır, mən saxtalaşdırma nəticəsində parlamentə seçilmişəmmi",- söyləyəcəkdi? Bunu söyləsəydi, yaptokratların cərgəsində nə işi vardı? Bunu söyləyəcək ürəyə və beyinə sahib olan bir adam başından bəri gedib o parlamentdə oturardımı?
Yəni dediyim odur ki, Avropa Məhkəməsinin Zahid müəllimin mandatını şübhə altına alan qərar verməsi nə qədər təbiidirsə, cənab Orucun da çıxıb əsəbi-əsəbi "Avrora Məhkəməsi Mərkəzi Seçki Komissiyasının funksiyasını yerinə yetirə və yaxud onun elan etdiyi nəticələri dəyişdirə bilməz",- söyləməsi də bir o qədər gözləniləndir. Amma... Amma etirazın da bir həddi olmalıdır. Məsələn, Zahid Orucun "mən rəqiblərim üzərində təkcə siyasi və hüquqi yox, həm də mənəvi qələbə qazanmışam",- demək haqqı yoxdur. Mənəvi qələbədən danışan adamın öncə buna haqqı çatmalıdır. Yalanın, korrupsiyanın, saxtakarlığın, sümürücülüyün yanında dayanıb mənəvi qələbədən danışmaq gülüncdür. Sırtını həqiqətə çevirib, ədalətə çevirib, hansı mənəvi qələbədən danışmaq olar? Azərbaycanı səfalətin və cəhalətin dibinə gömmüş, bu ölkənin dərdlərinə, problemlərinə deyil, sərvətlərinə sahiblənmiş bir rejimin vintciyinə çevrilərək, hansı mənəvi qələbədən danışmaq olar? Böyük pulların üstündə oturub hansı mənəvi qələbədən danışmaq olar, həm də o pullar xalqın cibindən oğurlanmışsa, korrupsiya, rüşvət, talançılıq yolu ilə qazanılmışsa...
Pulun, mandatın, xidməti maşının, villanın, bağ evinin, daha nə bilim nəyin mənəvi qələbə ölçüsü olmadığını bilmək üçün Avropa Məhkəməsinin-zadın qərarına ehtiyac yoxdur, Zahid Oruc. Bunu bilmək, anlamaq üçün insandan sadəcə Zahid Oruc olmamaq tələb olunur. Sadəcə, Zahid Oruc olmamaq, vəssalam!

Eldar müəllim bu suallara cavab versin!

Həftə içi Eldar Ќamazov "Müxalifətçiliyin termometri yoxdur" və "radikal danışanlar hakimiyyət agentidir",- sözlərinin doğru anlaşılmadığını dedi. İlk baxışda geriyə addım atdı, amma bu söhbət "fikirlərim kontekstdən çıxarılıb, ona görə də düzgün başa düşülməyib",- kimi klassik fəndlərlə qapadılacaq bir söhbət deyil.
İki həftə əvvəl "Reytinq"dəki yazımda bir məqam vardı: "Son həftələrin ən aktual mövzusu - Dubay mülkləri haqqında susdu Namazov. Nətta gündəlik qəzetlərin birinin müxbiri bu barədə Eldar müəllimə sual verəndə "o barədə məndən heç nə soruşmayın, amma istəyirsiniz, Qarabağ məsələsindən danışmım",- cavabını eşidib.
Eldar müəllim, indi soruşuram, lütfən cavab verin:
BİR: həqiqətən də sizdən Dubay mülkləri haqqında soruşan müxbirin sualını geri çevirdinizmi?
İKİ: hakimiyyət üçün kifayət qədər həssas, arzuedilməz mövzuda ağzını açmamış, rejimdən bu yazılanların hesabını istəmək yerinə inadla susmuş bir siyasətçinin gerçəkdən də rejimə müxalif olduğuna biz niyə, nə üçün, hansı məntiqlə inanmalıyıq?

Rauf Arifoğlu üçün payız proqnozu

2010-cu il sözün hər mənasında ağır keçəcək. İlk növbədə hakimiyyət üçün çətin il olacaq. Keçən hər gün rejimin əleyhinə işləyir. Xalqın qəzəbi və nifrəti son həddədir. Qırğızıstan hadisələri camaatda demokratik dəyişikliklərin mümkünlüyünə dair öləziməkdə olan ümidlərə yeni nəfəs verib. Bu yaz fərqli yazdır deyə bilərik, oyanan yalnız təbiət deyil, insanların düşüncələrində, davranışlarında belə, bir oyanış, bir tərpəniş duyulmaqda, hiss olunmaqdadır. Üstəlik, demokratik dünyanın Əliyevçi sistemə münasibəti də get-gedə netlik qazanmaqdadır. Artıq yaptokratik sistemlə bircə gün belə yürüməyin mümkün olmadığı Qərbin dilindən aydın eşidilməkdədir. Bütün bunlar isə hakimiyyəti əl-ayağa salmaya, əsəbləşdirməyə, həyəcanlandırmaya bilməz. Bu ağır situasiyadan çıxmaq üçün çox tər tökməli olacaqlar. Ən azından kalan ziyana düşəcəklər. Yerli və xarici lobbilərinə ətək-ətək pul tökmək lazım gələcək. Nə qədər konqresmen, senator, adı it dəftərində belə olmayan avaragor sorğu təşkilatları, Qərbin, Avropanın onuncu, yüzüncü dərəcəli qəzetləri bu saat əlini əlinə sürtür, yaptokratiyadan ciblərinə girəcək pulların bəri başdan hesabını aparırlar.
Rejimin gizli-aşkar təəssübkeşlərinin də üzərinə ağır iş düşəcək. Hamı maskasını çıxarmağa, hakimiyyətə açıq tərəfkeşlik etməyə məcbur olacaq. Kimin əlinin kimin cibindən çıxdığını hər kəs görəcək. Əslində proses artıq başlayıb. Dubay ilk sınaq idi. Bu sınaqda çoxları sinifdə qaldı. Biri elə Rauf Arifoğlu. Bu adam bir daha sübut etdi ki, yalançı müxalifətçilik maskası altında minlərcə sadəlöhv, məsum insanın hər gün 40 qəpiyini sümürməklə məşğuldur. Onun Dubay məsələsində tutduğu çirkin mövqenin payıza deputat mandatına hesablandığı hamıya gün kimi aydındır. Arifoğlu mandat naminə artıq bütün kartlarını açmaqdadır. Məcburdur. Könlü balıq istəyənin quyruğu suda gərək. Qarşıdakı aylarda Rauf müəllim yaxasını hələ çox ələ verəcək, hələ çox Dubay ifşalarına sinə gərəcək. Amma çubuğun iki başı var. Olmadı elə, oldu belə, birdən illərcə yaratdığı müxalifətçi obrazını bir deputat mandatına xərcləyən Rauf müəllimi parlamentə buraxmadılar, bəs onda? Arifoğlunun kövrək qəlbi necə dözəcək buna? Bu hakimiyyətin Fərhad Əliyevə, Əli İnsanova vəfasını gördük, Rauf Arifoğlunu istifadə edib atmaq onlar üçün nəmənədir ki? Məndən söyləməsi, hər kəs payızda intihar xəbərlərini dörd gözlə oxusun.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829