Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Fizika-riyaziyyat elmləri doktoru AMEA-nın rəhbəri ilə razılaşmır

  Sayta qoyulub: 18:50 24.04.2009 (1563 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Fizika-riyaziyyat elmləri doktoru AMEA-nın rəhbəri ilə razılaşmır

AAK-ın Fizika üzrə ekspert şurasının üzvü Qüdrət İsakov Mahmud Kərimova açıq məktub yazıb

Hörmətli Mahmud müəllim! Bu məktubu yazmaqda əsas məqsədim Sizin APA-ya müsahibənizə münasibət bildirməkdir.
Siz deyirsiniz ki, alimlərin orta aylıq maaşları 150 manatdan aşağıdır. Hesab edirsiniz ki, bu dözülməz faktdır. Deyirsiniz ki, bu maaşla alim nə dolana, nə də səmərəli işləyə bilər.
Cavab: Sağ olun! Çox düz buyurursuinuz. Həmin cüzi maaşı alan alimlərdən biri də mənəm. Mən dəfələrlə Sizə mektublar yazmışam, qəbulunuzda olmuşam və demişəm ki, Fizika İnstitutunda və akademiyada ən az əməkhaqqı alan elmlər doktoruyam. Elmi işlərim çox akademiklərdən daha çox və samballıdır. Siz heç bir əhəmiyyət verməmisiniz. Mən sizin niyə bu barədə xəbərlər agentliyinə müsahibə verməyinizi anlamıram. Sizin dediklərinizi çox adamlar deyib və yazıb. Faydası olmayıb. Siz öz vəzifənizə görə istənilən nazirdən böyüksünüz. Siz bir ayda 3000 manata yaxın maaş alırsınız. Vəzifənizin Sizə verdiyi səlahiyyətlərə uyğun işlər görməyiniz daha böyük effekt verə bilər. Niyə Siz bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yazılı məlumat verib, rəsmi təkliflə çıxış etmirsiniz?

Siz Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentisiniz. Sizin vəzifəniz imkan verir ki, Azərbaycan Respublikası Prezidentinin qəbulunda olasınız və bu barədə Prezidentə təkliflər verəsiniz, alimlərin vəziyyətini yaxşılaşdırasınız və elmimizi inkişaf etdirəsiniz.

Siz deyirsiniz: “Bəzən bizi günahlandırırlar ki, işçilər səhər saat 9.00-dan axşam 18.00-a kimi işdə olmurlar. Əgər onlar bütün günü akademiyada otursalar, öz ailələrini dolandıra bilməzlər.”

Cavab: Humanist fikirdir. Lakin Sizin bu tezisiniz illərlə işə gəlməməyə şərait yaradır ki, bu da vəzifədən sui-istifadə edənlərin qazanc mənbəyinə çevrilir. Niyə Siz illərlə işə gəlməyənlərin hamısını işdən kənarlaşdırmaq, elə həmin əməkhaqqı fondu ilə həqiqi mənada işləyənlərin maaşlarını 2,5-3 dəfə artırmaq haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına konkret təkliflər vermirsiniz?

Siz deyirsiniz: “Sirr deyil ki, bir çox dissertasiyalar pulla yazılır. İndi hər bir məmur, hətta millət vəkili də alim olmaq istəyir. Ancaq özləri elmi-tədqiqat işi aparmağa qadir deyillər. Buna görə də dissertasiyaları pulla yazdırırlar. Bu yolla Ali Attestasiya Komissiyasına təqdim edilən dissertasiyaların sayı artırılır.”

Cavab: Düz deyirsiniz. Amma bunun qarşısını Siz almalısınız. Belə dissertasiyalar Sizin Prezidenti olduğunuz AMEA institutlarında yazılır. Məlum məsələdir ki, yüksək vəzifəli məmur və ya deputat dissertasiya yazdırmaq üçün kiməsə təzyiq edə bilməz. O, hökmən dissertasiyanı pulla yazdırmalıdır. Bunun qarşısını sıravi akademiya işçıləri ala bilməzlər. Siz məmurlara və deputatlara pulla dissertasiya yazan hansı alimə demisiniz ki, belə etmə? Heç kimə. Siz pulla yazılmış dissertasiyanın müdafiəsini təşkil edən hansı dissertasiya şurasına heç olmasa irad bildirmisiniz? Heç birinə! Nəyə görə Siz pulla dissertasiya yazdıran məmurların və ya deputatların adlarını açıqlamırsınız ki, AAK onlar barəsində lazımi tədbir görsün. AMEA Prezidenti cəmiyyətə öz fikirlərini açıqlayarkən konkret faktlara istinad etməlidir.

Siz deyirsiniz “Problemlərdən biri odur ki, bir çox dissertasiyalar bu günə kimi Ali Attestasiya Komissiyasında yatıb qalır, orada bu prosesə çox ləng baxılır, proses süni surətdə uzadılır. Bəlkə də onların öz siyasətləri var. Hesab edirlər ki, bir ölkənin bu qədər elmlər doktorları ola bilməz, bunu tənzimləmək, sayını azaltmaq lazımdır.”

Cavab: AAK böyük humanistlik edərək AAK-ın tələblərinə cavab verməyən, AMEA institutlarında və ya ali təhsil müəssisələrində müdafiə olunub AAK-a təqdim olunan əksər zəif dissertasiyalara rədd cavabı vermir. İddiaçılara zaman imkanları yaradılır ki, onlar öz işlərini sitat indeksi yüksək olan jurnallarda çap etdirməklə dissertasiyalarını AAK-ın tələblərinə uyğunlaşdırsınlar. Bu gün AAK daha çox dissertasiya şuralarının kəm- kəsirini düzəltməklə məşğuldur.

Bu yaxınlarda AAK-ın Fizika üzrə ekspert şurası Mahmud Kərimovun elmi məsləhətçisi olduğu və zəif olduğundan, AAK-ın tələblərinə cavab verməyən, iki ilə yaxın müddətdə yatıb qalan və məhz bu müddət ərzində bir qədər səviyyəcə yuxarı qalxa bilən bir doktorluq işini təsdiq olunmaq üçün AAK-ın Rəyasət Heyətinə təqdim edib. Yəqin Mahmud Kərimov dissertasiya işlərinin uzun müddət AAK-da yatıb qalmasını deyəndə məhz özünün elmi məsləhətçi olduğu doktorluq dissertasiyasını nəzərdə tutur. Mən isə həqiqətən çox təəssüf edirəm ki, AMEA Prezidentinin elmi məsləhətçi olduğu bir dissertasiya işi AAK-ın tələblərinə cavab vermədiyindən 2 ilə yaxın bir müddətdə təsdiq edilməyib.

Siz deyirsiniz ki, “Elm sahəsində aparıcı alimlər Akademiyada fəaliyyət göstərir. Amma hansısa səbəblərdən Müdafiə şuralarının çoxu ali təhsil ocaqlarının tabeliyindədir. Bu məsələlər bizi haqlı olaraq narahat edir.”

Cavab: Məndə olan məlumatlara görə AMEA-da yalnız rəhbərlik etdiyi institutun adına uyğun ali təhsili və elmi dərəcələri olmayan direktorlara və eyni zamanda da AAK tərəfindən imtina verilmiş çoxsaylı dissertasiya müdafiələrinə görə bəzi institutlara Müdafiə şuraları verilməyib. Bərk cisim fizikası üzrə müdafiə şurası isə hər bir alimin öz ixtisasına uyğun olaraq fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetinə verilib. Nəzərinizə çatdırıram ki, Bakı Dövlət Universitetində çalışan elmlər doktorlarının sayının AMEA-dan cəmi 2 dəfə az olmasına baxmayaraq, AMEA institutlarına 20-uə yaxın, Bakı Dövlət Universitetinə isə cəmi-cümlətanı 5 müdafiə şurası verilib. Yəni AMEA-ya daha çox müdafiə şuraları verilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829