Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Acılı qəlyan

  Sayta qoyulub: 16:46 04.04.2010 (599 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

AYB-nin çoxillik sədri, rəsmi xalq yazıçısı Anar Rzayev "Reqnum" Agentliyinə müsahibə verib. Dünən bir çox qəzetlərdə bu müsahibənin özəti vardı. Anar deyib: "Əgər yazıçının xalqına əziyyət verirlərsə, o acı çəkməyə bilməz". Ən maraqlısı odur ki, az qala bütün qəzetlər "acı çəkən" xalq yazıçısının bu sözlərini onun qəlyan çəkən yerdə lentə alınmış şəklinin müşaiyəti ilə səhifələrinə yerləşdiriblər.
Qayıdaq Anarın açıqlamasına, yəni "yazıçının xalqına əziyyət verirlərsə, onun acı çəkməməsinin mümkünsüzlüyünə",- dediklərinə. Oxucuları agah etmək üçün bildirim ki, Anar müəllim bu sözləri Qarabağ kontekstində səsləndirib, xalqımıza əziyyət verənlər dedikdə isə erməniləri nəzərdə tutub. Fələk qarnını yerə qoysa belə, mən xalqa korrupsiyanın, hüquqi nihilizmin, soyğunçuluğun, sümürücülüyün əli ilə əziyyət verənlər qarşısında susub, sonra da Qarabağ dərdindən yanıqlı-yanıqlı danışanların səmimiyyətinə inanmaram. Əgər bu danışan çoxillik AYB sədri, rəsmi xalq yazıçısı olan bir adamdırsa, heç inanmaram. Anar ədəbiyyatda "Yaxşı padşahın nağılı"nı yazıb, həyatda pis padşaha nökər-naiblik edəcək qədər qeyri-səmimi, saxta birisidir. Bunu qoyduq bir tərəfə.
Anarın "Reqnum"a müsahibəsinin özətində maraqlı bir detal da var, deyir ki, ermənilər Qarabağ müharibəsindən çox şey itirdilər. Sitat: "Halbuki onlar Azərbaycanda bir çox restoranların, bank və korrorasiyaların sahibi ola bilərdilər". Dəhşət! Erməni gəlib sənin 20 faiz torpağında oturub, Az.TV-nin təbirincə desək, yurdumuzun Qarabağ kimi dilbər guşəsində özünə hər cür cah-cəlal yaratma fürsəti əldə edib, sənsə onlara hansısa "Xarı Bülbül" restoranından, "Gilan-Holdinq"dən, nə bilim, "Debüt-bank"dan-zaddan məhrum olduqlarına görə acıq verirsən. Ќə qədər gülüncdür, nə qədər absurddur. Gülünc və absurd olduğu qədər də təəccüblüdür: Anar müəllim nə əcəb restoran, bank, korporasiya sözlərinə deputat mandatını da əlavə etməyib. Axı bu, onun yaralı yeridir.
Ümumiyyətlə, çoxillik AYB sədri bizə anlatsın görək, ermənilər Qarabağı işğal etməyib, sonra da Bakıda hansısa bank, restoran açsaydılar, nə olacaqdı? Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı onlara doğru-dürüst işləmək imkanı verəcəkdimi? Hələ mən demirəm ki, ümumiyyətlə, Bakıda restoran, korporasiya sahibi ola biləcəkdilərmi? Kim verəcəkdi onlara bu imkanı? Məgər Anar Rzayevin xəbəri yoxdurmu ki, onun sevimli hakimiyyətinin izni, istəyi olmadan bu ölkədə kimsənin beş birə saxlamağa belə, haqqı çatmır...
Bu da cəhənnəm. Məni ən çox dəhşətə nə gətirir, bilirsinizmi? Anarın Qarabağ kimi ümummilli məsələnin içinə də bank, restoran, korporasiya söhbətlərini soxması... Ya hu, adını yazıçı qoymuş bir insan hər şeyi bu qədərmi madiyyatla ölçər? Hər şeyə bu qədərmi madiyyat gözü ilə baxar? Hər şeydə bu qədərmi maddiyyat axtarar? Hər şeyin başını bu qədərmi madiyyata bağlayar? Ədəbiyyata gəlir mənbəyi, Yazıçılar Birliyinə biznes "toçkası" kimi baxdın, bunu başa düşdük, yəni doğrudanmı, Qarabağ da sənin üçün bank, restoran, holdinq anlayışlarından başqa heç nə ifadə eləmir? Yəni doğrudanmı, sən bir insanın bank, restoran, korporasiya dərdindən başqa heç bir dərdinin olmadığını, olmaması gərəkdiyini düşünürsən? O zaman ədəbiyyatda nə işin var? O zaman "yazıçı acıları" haqqında danışmağa nə haqqın var?
Ey Anar Rzayev, acı çəkmək qəlyan çəkmək deyil. Ki, zövqünü özün yaşayasan, amma tüstüsünü ətrafdakılar udsun. Bilmirəm, anlada bildimmi?

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829