Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Vəfa Quluzadə və Eldar Namazov

  Sayta qoyulub: 15:25 28.03.2010 (872 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İki bədbəxt bir yerdə xoşbəxtdir
(Fransız atalar sözü)

Bəzən bizi qınayırlar: "Niyə hamıdan qəhrəmanlıq tələb edirsiniz?". Oysa qəhrəmanlıq tələb edib nə deyirik? Kimdənsə belinə qumbara bağlayıb yaptokratiyanın üstünə şığımasını istəmirik ki? Əlinə yabadan, baltadan, dəhrədən götürüb inqilabçılıq etməsini istəmirik ki? Sadəcə, həqiqəti söyləməsini istəyirik. Ölkədəki murdarlıqları, iyrənclikləri öz adıyla çağırmasını istəyirik. Həqiqəti söyləmək qəhrəmanlıqdırmı? Fövqəladə nə var həqiqəti deməkdə? Hər şeyi öz adıyla çağırmaqda qeyri-adi nə var? Həqiqəti demək qəhrəmanlıq deyil, borcdur, vəzifədir, insanlıq missiyasıdır. Həm də yalnız özünün deyil, övladlarının, yaxınlarının, sevdiyi və sevmədiyi bütün insanların qarşısında. Bir insanın üzərinə düşən missiyanı yerinə yetirməsində qəhrəmanlıq sayılacaq nə var? Bir futbolçunun əla ötürmələr verməsi, qol atması onun qəhrəmanlığı deyil ki? Adamın işi budur. Elə isə bir insanın həqiqəti söyləməsi, həqiqətin yanında olması nədən qəhrəmanlıq sayılmalı, nədən qeyri-adi görünməlidir?
Söhbəti çox uzatmayacam. Yazının adından da göründüyü kimi, bugünki "qəhrəmanlarımız" Vəfa Quluzadə və Eldar Namazovdur. Hər ikisi vaxtilə bu hakimiyyətdə yetərincə üstün postlarda oturublar. İndinin özündə də postlarından ayrılmalarının doğru-dürüst səbəbini bilən yoxdur. Qarabağa görəymiş deyirlər. Oysa Qarabağın taleyinə yeni təhlükə yarandığı bu günlərdə Vəfa Quluzadə iqtidarın xarici siyasətini vəsf edən açıqlamalar verir. Daxili siyasətlə bağlı isə ümumiyyətlə danışmır. Beş-on gün əvvəl "Azadlıq" qəzetində İran diktaturasını mitilinə çırpmışdı, Əhmədinejad rejiminin insan hüquq və azadlıqlarına vəhşi münasibətini yerdən yerə vurmuşdu. Amma Vəfa müəllimdən Azərbaycanda demokratiyanın vəziyyətindən soruşsanız, yaptokratiyanın əməllərini malalamağa çalışacaq, heç nəyi, amma heç nəyi üz vurmayacaq. Nə azad media adına ortada iki-üç qəzetdən, yeddi-səkkiz tənqidçi yazardan başqa bir şey qalmadığından danışacaq, nə sərbəst toplaşmaq azadlığının başına eşşək boyda daş salındığından. Nə seçki saxtakarlığından, korrupsiyanın dövləti idarəetmə fəlsəfəsinə çevrilməsindən danışacaq, nə ölkədə polis rejiminin, "parçala, hökm sür!" siyasətinin sürməsindən.

Vəfa müəllimin sevimli və təhlükəsiz mövzusu var, o da Qarabağdır. Əslinə baxsan bu mövzuda Vəfa müəllim hər şeydən danışsa da, heç nə danışmır. Rusiyanı söyür, ABŞ-ı qınayır, iki sözündən biri "dünya birliyi", "xarici təzyiqlər"dir, hamısı da mücərrəd və təyinatsız. Hələ indiyədək Vəfa Quluzadənin dilindən rejimin Qarabağ siyasəti haqqında mənfi fikir eşidən olmayıb. Onun məntiqindən ancaq bu qənaətə gəlmək olar: Qarabağın indiki vəziyyətinə görə hamı günahkardır - Rusiya, ABŞ, İnterpol, Minsk Qrupu, BMT, Avropa Şurası, Çin, Yeni Zelandiya, Baham adaları, Bermud üçbucağı, Dünya Səhiyyə Təşkilatı, Nobel Akademiyası, OPEK, canım sizə desin, YUNESKO, YUNİSEF, bir sözlə, YAP hakimiyyətindən başqa hamı. Və belə bir məntiq sahibinin öz postundan Qarabağa görə getməsi qədər ikinci absurd göstərin mənə!
Hələ Eldar Namazov... Ömürlük prezidentliklə bağlı referendumda "çırt" səsi belə çıxmadı Eldar müəllimdən. Oysa müxalifət liderliyinə iddialı idi. Demokratik prosesin önünə çıxmağa iddialı idi. Amma monarxiya qurulmasına qarşı səsini qaldırmamış bir siyasətçi indi demokratiya davasında səmimi olduğuna kimi necə inandıracaq? Yaxud son həftələrin ən aktual mövzusu - Dubay mülkləri haqqında susdu Namazov. Hətta gündəlik qəzetlərdən birinin müxbiri bu barədə Eldar müəllimə sual verəndə "o barədə məndən heç nə soruşmayın, amma istəyirsiniz, Qarabağ məsələsindən danışım",- cavabını eşidib. Belə müxalifətçilikmi olar? Hakimiyyətə belə opponentlikmi olar? Səmimiyyəti çatırsa, Eldar müəllim açıq deməlidir ki, onun müxalifət düşərgəsindəki missiyası nədir. Açıq deməlidir ki, bu missiyanı ona kimlər tapşırıb. Yoxsa təhlükəsiz mövzularda ünvansız tənqidlərlə baş girləyib, həlledici situasiyalarda ortadan "qeyb" olmaq başqa-başqa mətləblərdən xəbər verir. Biz belələrini Rauf Arifoğlu və onun "Yeni Müsavat"ının, Mirşahin və onun ANS-inin timsalında çox görmüşük. Artıq Güney həsrəti, Qarabağ nisgili, soyadların milliləşdirilməsi, Borçalı təəssübü, yaşıllıqların soyqırımı kimi qorxu-hürkü tələb etməyən mövzularda dil-dil ötənlərin əsl üzü hamıya məlumdur. Ümumi, mücərrəd, təyinatsız tənqidlərlə özünün "dissident" obrazını yaradaraq, həlledici anda aradan çıxanların, hakimiyyətin əlinə oynayanların limiti bitib.
Ağlınız beş-on il əvvələ getməsin, cənablar, camaat qoyun deyil daha, kimin əlinin kimin cibindən çıxdığını indi çox yaxşı bilir. İnanın ki, insan niyyətindən daha qaranlıq bir şey olmadığına dair fəlsəfi cəfəngiyyat çox keçmişdə qalıb, çoox...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829