Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  12:57 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2010”

  Sayta qoyulub: 17:23 16.03.2010 (382 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2010”
“Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2010” adlı beynəlxalq tədbir AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı)ictimai birliyi tərəfindən 16 Mart tarixrində təşkil edilib. Müstəqil İnformasiya Agenliinin xəbərinə görə, bu tədbirin əsas məqsədi dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlər arası gənclər mübadiləsini genişkəndirmək, ən ümdəsi isə Azərbaycanı dünya gənclərinə tanıtmaqdır.

Layihə çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar ki, bununla da digər xalqların, həmçinin Azərbaycanlı gənclərin fikir və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar.

AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb etmişdir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.

Tədbir 22 mart tarixinədək davam edəcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031