Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Azərbaycan İnternet Forumu ölkənin internet resurslarının vəziyyətindən narahatdır

  Sayta qoyulub: 13:21 10.03.2010 (357 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İnternet Forumu ölkənin internet resurslarının vəziyyətindən narahatdır

Son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun www.azadliq.orgwww.azadliqradiosu.az internet resursuna, www.yahoo.comwww.facebook.com resurslarına ölkə ərazisindən girişlə bağlı ciddi məhdudiyyətlər yaranıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İnternet Forumundan daxil olub.

Bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri adı çəkilən resurslardan
ümumiyyətlə istifadə edə bilməmişlər və www.azadliq.org resursuna girişlə bağlı
problemlər hələ də qalmaqdadır.

6 mart tarixindən etibarən AİF -in mütəxəssisləri və bir sıra ekspertlər
tərəfindən baş verən məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri
törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra
Provayderlər vasitəsilə adı çəkilən resursa girişlə bağlı ciddi əngəllər var.
Provayderlərin də bir çoxu ölkə daxilindən bu resurslara girişlə bağlı şəbəkədə
müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin
yaradılmadığını qeyd ediblər. Adıçəkilən resursa digər ölkələrin ərazisindən
giriş sərbəstdir.

Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkətinin mütəxəssisləri adı
çəkilən informasiya resursuna girişin məhdudlaşdırılmasının texniki problemlərlə
bağlı ola biləcəyini vurğulayıblar.

Bununla belə problemin mahiyyətini tam dəqiqliyi ilə müəyyən etmək, saytlara girişi
əngəlləyən səbəbləri konkret müəyyən edib aradan qaldırmaq mümkün olmamışdır.

İstifadəçi auditoriyası kifayət qədər geniş olan bir informasiya resursu ilə
bağlı ölkədə yaranmış bu vəziyyət cəmiyyətdə birmənalı qarşılanmayıb. AİF təəssüflə
bildirir ki, problemin mahiyyəti və səbəbləri ilə bağlı vaxtında məlumat
verilmədiyindən bununla bağlı ölkə daxilində və xaricdə həqiqətə uyğun olmayan
məlumatların da yayılmasına rəvac verilib.

AİF bildirir ki, istənilən halda vətəndaşların informasiya hüququnun əngəllənməsi,
normal informasiya mübadiləsinin pozulması yolverilməzdir. AİF xatırladır ki, heç
bir hüquqi əsaslar olmadan, həmçinin, texniki-texnoloji problemlərin yaşanması üçün
ciddi əsaslar olmadığı bir şəraitdə informasiya resurslarına girişin mümkün
olmaması vətəndaşların informasiya azadlığının, normal informasiya mübadiləsi
aparmaq hüququnun pozulmasıdır. Bütün bunlar isə sonda, heç bir əsas olmadığı
halda, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları, ölkənin beynəlxalq imicini də
ciddi zərbə altında qoya bilər.

AİF problemlə bağlı təcili olaraq aidiyyatı qurumların, Delta Telekom şirkətinin
məsləyə rəsmi münasibət bildirməsini, problemin aradan qaldırılması istiqamətində
müstəqil ekspertlərlə birgə ciddi tədbirlərin görülməsini zəruri hesab edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829