Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




CƏMİYYƏT : "Fəxri Gənc” mükafatının növbəti təqdimat mərasimi həyata keçiriləcək

  Sayta qoyulub: 12:49 10.03.2010 (84 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


11 mart 2010–cu il saat 18:30 da Beynəlxalq Muğam Mərkəzində “Fəxri Gənc” mükafatının növbəti təqdimat mərasimi həyata keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, mükafat aşağıdakı nominasiyalar üzrə qaliblərə təqdim ediləcək:

“Gəncləri ən çox dəstəkləyən yerli qeyri – hökumət qurumu”
“Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı”
“Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və Mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə”
“Elm və Təhsil sahəsindəki nailiyyətlərinə görə”
“Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə”
“İdman sahəsində nailiyyətlərinə görə”
“Gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə”
“Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə”
“Gəncləri ən çox dəstəkləyən biznes qurumu”
“Gənclərin sağlam həyat tərzinin maarifləndirilməsində xidmətlərinə görə”
“Gənclərə milli mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında fərqlənən gənclər təşkilatı”
“Gənclərin hüquqlarını maarifləndirilməsi sahəsində xidmətlərinə görə”

Qeyd edək ki, 2001 – ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan gənclərinin beynəlxalq, regional və ölkədaxili səviyyədə əldə etdiyi nailiyyətləri nəzərə alaraq, istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin Azərbaycanın milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi ilə “Fəxri Gənc” mükafatını təsis etmişdir.

“Fəxri Gənc” Mükafatı fiziki və hüquqi şəxslərə yuxarıda qeyd olunan nominasiyalar üzrə təqdim olunur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930