Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



DÜNYA : VHP də Amerikaya etiraz bəyanatı ünvanladı

  Sayta qoyulub: 15:04 09.03.2010 (218 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

VHP də Amerikaya etiraz bəyanatı ünvanladı

2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının Xarici əlaqələr komitəsində qondarma «erməni soyqırımı» sənədinin qəbulu Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən kəskin pislənilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, VHP bu qərarın tarixi ədaləti bərpaya deyil, siyasi təzyiq vasitəsinə xidmət etdiyini bəyan edib.

Bəyanatda bildirlib ki, 1915-ci ilin aprel ayında Osmanlı imperiyasında baş verən hadisələri yalnız erməni ideoloqlarının təbliğatı ilə ermənilərə qarşı soyqırım aktı kimi qəbul etmək Türk və İslam dünyasına qarşı dünyanın ikili standartlarla yanaşmasından başqa bir şey deyil. “...1915-ci ildə Osmanlı imperiyasının ərazisində erməni soyqırımının olmadığını bildirən Türkiyə Cümhuriyyətinin rəhbərliyi dəfələrlə Osmanlı arxivlərini açmağa hazır olduğunu, beynəlxalq ekspertlərin iştirakı ilə Türkiyə və Ermənistan alimlərindən ibarət komissiya yaradılmasını və faktın araşdırılmasını təklif etsə də, qarşı tərəf bu təşəbbüsə qoşulmur. Bu amil 1915-ci il «soyqırımı»nın olmadığını bir daha təsdiqləməklə bərabər, erməni ideoloqlarının bu saxta faktdan ideoloji və siyasi təzyiq kimi istifadə etdiyini bir daha əyani şəkildə göstərir. Özünü demokratiya və ədalət rəmzi kimi təqdim edən ABŞ Konqresində saxta bir sənəd layihəsinin təsdiqlənməsi isə tarixi saxtakarlıqdan istifadədə erməni ideoloqlarına kimlərin dəstək verdiyini bariz şəkildə görüntüləyir
1915-ci ildə olmayan «soyqırımı» tanımaqda maraqlı olan Avropa və ABŞ konqresmenləri son yüz ildə ermənilərin türklərə, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin üstündən sükutla keçirlər. Halbuki cəmi 18 il öncə Azərbaycanın Xocalı şəhərini dünyanın gözü qarşısında yer üzündən silən erməni silahlı birləşmələrinin dinc və silahsız əhaliyə qarşı necə dəhşətli qətliam törətdiyi konkret dəlil və sübutlarla ortadadır”.

Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilən «erməni soyqırımı» adlı saxta sənədin Azərbaycan xalqında Qərb və ABŞ dəyərlərinə böyük zərbə vurduğunu, Azərbaycan xalqının Qərbyünömlü siyasi kurs tərəfdarlarının inamını sarsıtdığını bildirir, bu faktın ABŞ-ın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıtdığı, ABŞ-Azərbaycan münasibətlərinə kölgə saldığını bəyan edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#DÜNYA bölümünün son 20 xəbəri:



#DÜNYA bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829