Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



DÜNYA : Qoran Lenmarker: "Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb"

  Sayta qoyulub: 14:02 09.03.2010 (286 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoran Lenmarker: "Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb"

"Düşünürəm ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb". Regiona səfəri çərçivəsində Tiflisdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker ANS TV-nin Gürcüstan bürosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, problemin həlli üçün artıq baza mövcuddur.

“Biz burdakı görüşlərdən sonra İrəvana və Bakıya səfər edəcəyik, hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşünürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı gəlib çatıb. Məncə Minsk Qrupunun fəaliyyəti o deməkdir ki, bu problemin həlli üçün artıq baza mövcuddur. Amma burda hər iki ölkə başçılarını və dövləti razı salacaq həlli yolunun tapılması vacibdir", deyə Q. Lenmarker bildirib.

ATƏT nümayəndəsi onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün daha önəmlidir.

"Problemin həlli Azərbaycan üçün daha önəmlidir. Çünki Azərbaycanın çoxlu sayda qaçqınları və məcburi köçkünləri var və onların evlərinə qayıtmaq hüququ var. Bəli Dağlıq Qarabağ problemi üzrə irəliləyiş var. Çünki görüşlər Xarici İşlər Nazirliyi və prezidentlər səviyyəsində Minsk Qrupunun təklifləri əsasında davam etdilirlir. Mən indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kmi dəyərləndirirəm. Çünki hər iki prezident mövcud imkanları nəzərə alaraq problemin həlli istiqamətində razılığın əldə olununmasına çalışmalıdırlar”, deyə ATƏT nümayəndəsi əlavə edib.

Qeyd edək ki, bu gün ATƏT Parlament Assambleyasının (PA) prezidenti Joao Suares və ATƏT-in Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Cənubi Qafqaza səfərləri çərçivəsində Tiflisə gəliblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#DÜNYA bölümünün son 20 xəbəri:



#DÜNYA bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829