Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Ədalət Partiyası Türkiyəni ABŞ-la müttəfiqlik münasibətlərinə yenidən baxmağa çağırdı

  Sayta qoyulub: 13:14 09.03.2010 (260 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    Ədalət Partiyası Türkiyəni ABŞ-la müttəfiqlik münasibətlərinə yenidən baxmağa çağırdı

Ədalət Partiyası ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma «erməni soyqırımı»nı tanımaq haqda qərarını pisləyən bəyanatla çıxış edib.

Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir: «Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni yalanına uyaraq, olmayan bir hadisə üzərində bu cür spekulyasiyalara yol açan qərar verməsi, hər şeydən əvvəl, özünü bütün dünyada demokratik dəyərlərin müdafiəçisi qismində təqdim edən ABŞ-ın imicinə çox böyük zərbə vurur. Belə anlaşılır ki, ABŞ üçün prioritet heç də demokratik dəyərlərin, ədalətin müdafiəsi, qalib gəlməsi deyil, zəruri məqamlarda öz maraqlarını hətta Şər elementi sayılan yalan, saxtakarlıq faktları hesabına belə, qorumaqdan, həyata keçirməkdən ibarətdir.

Ədalət Partiyası hesab edir ki, Konqresin Xarici Əlaqələr Komitəsinin «erməni lobbisi»nin maliyyə və siyasi dəstəyi qarşısında təslim olması, ABŞ-ın demokratik imicini darmadağın edəcək ciddi bir fakt olmaqla yanaşı, həm də rəsmi Vaşinqtonun bütövlükdə türk-islam dünyasında nüfuzunu sürətlə itirməsinə gətirib çıxaracaq.

Ədalət Partiyası ABŞ-ın düşünən beyinlərini, bu dövlətin imicini qorumağa çalışanları, xüsusən də prezident Barak Obama administrasiyasını Konqresin etdiyi bu yanlışlığı düzəltmək üçün türk-islam dünyasından üzr istəməyə və bu uydurma «erməni soyqırımı» məsələsini öz xarici siyasətindən birdəfəlik çıxarıb tarixin arxivinə tullamağa çağırır.

Ədalət Partiyası bu qənaətdədir ki, bu yanlışlıq tezliklə düzəldilməzsə, ABŞ-ın öz müttəfiqləriylə birgə indiyədək Yaxın və Orta Şərqdə həyata keçirdiyi siyasət tamamilə iflasa uğrayacaq və bütövlükdə Qərb dünyasının bu coğrafiyada maraqlarına ciddi təhlükə yarancaq.

Partiya qardaş Türkiyə Cümhuriyyətini isə belə ikili, mücərrəd və qeyri-səmimi siyasət apardığına görə, özünə strateji müttəfiq bildiyi ABŞ-la hərbi, siyasi və iqtisadi planda qurulan əməkdaşlıq münasibətlərinə yenidən baxmağa, hətta NATO-dan çıxmaq təklifini müzakirəyə çıxarmağa çağırır».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829