Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Deputatlarımız AŞ PA-nın iclaslarında iştirak etmək üçün Fransaya səfər edəcək

  Sayta qoyulub: 12:20 09.03.2010 (238 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatlarımız AŞ PA-nın iclaslarında iştirak etmək üçün Fransaya səfər edəcək

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov 11-17 mart tarixlərində Fransaya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərdə məqsəd AŞ PA-nın Parisdə keçiriləcək Büro və komitə iclaslarında iştirak etməkdir.

AŞPA-nın Bürosunda baş tutacaq iclasda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi komitənin yenidən formalaşması məsələsinə də baxılacaq.
Qurumun Daimi komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkisinin nəticələri nəzərdən keçiriləcək.

AŞPA-nın Monitorinq komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstanda, Ermənistanda, Moldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, səfər martın 18-də başa çatacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829