Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



DÜNYA : AİDP ABŞ konqresinin qəbul etdiyi qətnaməni pislədi

  Sayta qoyulub: 12:10 09.03.2010 (278 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

AİDP ABŞ konqresinin qəbul etdiyi qətnaməni pislədi

Azərbaycan İslam Demokrat Partiyası (AİDP) ABŞ konqresinin nümayəndələr palatasında qondarma erməni soyqırımı ilə bağlı bir səs çoxluğu ilə qəbul olunan qətnaməni pisləyir.

Məsələ ilə bağlı MIA-ya açıqlama verən AİDP sədri hacı Tahir Abbaslı deyib ki, islamçı demokratlar bu prosesdə Türkiyəni dəstəkləyir: «Biz digər məsələlərdə də Turkiyəni dəstəkləmişik. Bu məsələdə də Türkiyənin yanındayıq və ABŞ-ın soyqqırım məsələsi ilə alver etməsini düşmənçilik kimi qiymətləndiririk».

AİDP sədri bildirib ki, ABŞ hakimiyyəti qətnamənin əleyhinə olduğunu göstərsə də bu görüntü naminə verilən açıqlamalardır: «Bəziləri deyir ki, həmin palata erməni lobbisinin təsiri altındadır. Düzdür, ABŞ-da erməni lobbisi güclüdür. Amma məhz bu məsələdə erməni lobbisinin Barak Obamanın, Hillari Klintonun və digər nüfuzlu şəxslərinin sözünü üstələyəcəyinə inanmaq sadalövlük olardı. Bu mənada biz hesab edirik ki, hər il təkrarlanan bu proses ABŞ-ın digər ölkələri o cümlədən Türkiyəni zəiflətmək, parçalamaq siyasətinin tərkib hissəsidir. ABŞ-da Rusiya və Fransa kimi erməni kartından yararlanmağa çalışır».
ABŞ-la Turkiyənin müttəfiqliyinə gəlincə, T.Abbaslı hesab edir ki, həqiqətən də ABŞ bu ölkəni itirmək niyyətində deyil: «Amma ABŞ-ın xarici siyasətinə nəzər salsaq görərik ki, bu ölkə bərabərhüquqlu mütəffiqliyə razı olmayıb. Həmişə üstün olmağa çalışıb. Türkiyə ilə münasibət də eyni siyasəti tətbiq edir. Türkiyə müsəlman ölkəsi olaraq həm dünyada, həm də bölgədə nüfuz sahibidir. Və bu nüfuzu getdikcə güclənir. ABŞ isə Türkiyənin timsalında ondan asılı olan mütəffiq yaratmaq istəyir. Ona görə də bütün imkanlardan istifadə edərək, Türkiyənin zəifləməsinə, təklənməsinə çalışır».
Qətnamənin konqresdə qəbul edilib-edilməyəcəyinə gəlincə, AİDP sədri bildirdi ki, ABŞ-dan belə xəyanətkar addım gözləniləndir: «Bu mənada Türkiyə diplomatiyası fəallığı bir qədər də artırmalıdır».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#DÜNYA bölümünün son 20 xəbəri:



#DÜNYA bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829