Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : "Avroviziya" finalçısına yabançı bəstəkardan təklif var

  Sayta qoyulub: 16:46 07.03.2010 (354 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya" finalçısına yabançı bəstəkardan təklif var

10 ilə yaxındır müğənnilik fəaliyyəti ilə məşğul olan Məryəm Aranoviç "Avroviziya" müsabiqəsinin milli seçim turuna qatılması ilə özünü daha geniş kütləyə tanıtdı. Onu adıçəkilən müsabiqədə ölkəmizin təmsilçisi kimi görənlər isə digər namizədlərlə nisbətdə daha çox idi. Müsabiqənin keçiriləcəyi məkana, Oslo şəhərinə Səfurə Əlizadənin gedəcəyi artıq hamıya bəlli olsa da, Məryəm xanımın yaradıcılığına olan maraq hələ də qalmaqdadır. Bunu nəzərə alaraq, M.Aranoviçin müsabiqə təəssüratları və gələcək planları ilə maraqlandıq. Gənc müğənni final müsabiqəsinin keçirildiyi səhnədən təbəssümlə endiyini vurğuladı: "Müsabiqədə bir qalib olur, buna görə də haqlı, ya haqsız məbluğ olmağına normal yanaşmağı bacarmalısan. Təbii, qalib olmaq üçün çox əziyyət çəkmişdim. Amma qismət deyilmiş. Hərçənd hadisələrin gedişatı mənim, o cümlədən "Milk & Kisses" qrupunun pərəstişkarlarının daha çox olduğunu göstərdi. Hər bir finalçıya 25 bilet verilmişdi. Amma final konsertinə gələn tamaşaçıların əksəriyyəti daha çox məni və "Milk & Kisses" qrupunu dəstəkləyirdilər. Hətta jurnalistlər, internet forumlarında isə adi vətəndaşlar bununla bağlı öz mövqelərini açıq şəkildə bildirdilər. Qalib gəlməsəm də, müsabiqəyə qatılmağıma əsla peşman deyiləm. Hər bir müsabiqə yeni tanışlıqlar, təcrübə, bir sözlə, faydalı anlar qazandırır. Ümumiyyətlə, mən heç vaxt neqativi özümə yaxın buraxmıram".
Məryəm xanım yaradıcılıq planlarından da danışdı: "Hazırda ilk albomum üzərində işləyirəm. Mənə mahnı təklif edənlər çoxdur, onlar arasında hətta xarici bəstəkarlar da var. Repertuarımda öz yazdığım mahnılar da olacaq. Adətən bir neçə üslubu - pop, rok, soul-blyuz və cazı sintez etsəm də, mahnılarımda milli koloritin olmasına da çalışacağam".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829