Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : "Hakimiyyət dəyişikliyi 2013-də real görünür"

  Sayta qoyulub: 16:28 07.03.2010 (327 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hakimiyyət dəyişikliyi 2013-də real görünür"

İqbal Ağazadə: "Əgər 2003-cü il prosesləri hakimiyyət dəyişikliyi üçün ümid verirdisə, 2005 "narıncı inqilab"lar ili idisə, 2010-cu il bunlardan xalidir, əksinə, bir az da geriyə dönük var"

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" layihəsinin qəbul olunması dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyə ilə yanaşı, Azərbaycan da ABŞ Konqresinin müvafiq komitəsinin saxta ittihamlarla dolu bu qərarına etirazını bildirdi. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qondarma erməni soyqırımı layihəsinin qəbulunu pisləsə də, bunun daha ciddi mərhələyə keçid alacağına inanmır:

- Bu layihənin qəbul olunmasında məqsəd Ermənistan-Türkiyə münasibətlərində israrlı mövqe nümayiş etdirən Türkiyənin iradəsini qırmaq və protokolların imzalanması, yeni mərhələnin başlanmasına xidmət edir. Məslənin mahiyyəti bundan ibarətdir. Güman etmirəm ki, bu layihə Koqresdən keçsin. Hələ 6 ay öncə sizin qəzetə də demişdim ki, Türkiyədə pprtokolların qəbulolunma mərhələsinin əsas dövrü mart ayında başlayacaq və Türkiyəyə ciddi təzyiqlər göstəriləcək ki, protokollar ratifikasiya olunsun. Hesab edirəm, indi həmin prosesin tərkib hissəsidir ki, baş verir. Güman etmirəm ki, Amerika da Konqres, sonra da Senat "soyqırım"ı tanıya və Türkiyəyə təsir imkanlarını əlindən çıxara. Bu, siyasi bir addımdır ki, Türkiyə Ermənistanla münasibətlərdə bu təzyiqlərin nəticəsində yeni mərhələyə qədəm qoysun.

- Necə düşünürsünüz, Türkiyə bu təzyiqlərin qarşısında dayana biləcəkmi?

- Maraqlı məqam odur ki, AKP bu təzyiqlərin qarşısında dayanmaq istəyirmi? Mən bu gün AKP-nin tavrından, proseslərə münasibətindən belə hiss edirəm ki, AKP iqtidarı bu təzyiqlərin qarşısında dayanmaqdan daha çox, "gördünüz, bizə hansı şəkildə təzyiqlər edilir",- deyərək, protokolları dəyişdirərək Məclisə çıxarmaq yolunu tutub. Ona görə də hesab etmirəm ki, Türkiyə bunun qarşısında dayanmaq istəyir. Yəni AKP bu məsələ ilə növbəti addımlarını sığortalayır.

- Azərbaycan tərəfindən baxanda qondarma soyqırım layihəsinin qəbulu nə vəd edir?

- Azərbaycan açısından baxanda da geniş miqyasda nəsə vəd etmir. Çünki bundan əvvəl Fransa qəbul etmişdi, amma bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədə inkişaf edir. "Soyqırım"ın tanınıb-tanınmaması heç nəyi dəyişmir. Bu, sadəcə, təsir vasitələrindən biridir. Təəssüflər olsun ki, Türkiyə illərdir bunu çox ağrılı qəbul edib. Bu ağrının nəticəsidir ki, bəzən təzyiqlər lazım olanda bu tipli addımlardan istifadə edirlər. Ona görə də gözləmirəm ki, bu proses geopolitik vəziyyətə, regionda bu və ya digər münasibətlərə ciddi təsir etsin. Ola bilər ki, regiondakı münasibətlərdə müəyyən gərginlik yaransın, amma bu gərginlik də müvəqqəti xarakter daşıyacaq.

- Azərbaycan sözügedən layihənin qəbuluna sərt reaksiya verdi, hətta səfirimizin geri çağırılması təklifi səsləndi, Milli Məclis müraciət qəbul etdi. Sizcə, rəsmi Bakının mövqeyi necə olmalı idi?

- Hesab edirəm ki, Azərbaycan doğru addımlar atdı. Çünki Azərbaycan bu məsələdə AKP iqtidarından daha səmimidir. Azərbaycanın mövqeyi elə bu şəkildə ortaya qoyulmalı idi. Çünki hələ əldə sübutlar olmadan, arxivlər açılmadan, qarşılıqlı komissiyalar yaradılmadan, hər şey araşdırılmadan qondarma bir soyqırım haqqında iddia təmin olunursa, hər şeyi əlində açıq olan, insanların milli mənsubiyyətinə görə kütləvi qırğınına səbəb olan bir hadisənin bütün detalları dünyaya bəlli ikən bunun üzərindən sükutla keçməyin özünə münasibət bundan başqa cür ola bilməz. Əslində biz bu mövqeyimizlə, etirazlarımızla Xocalıya, Ermənistanın Azərbaycan torpaqlarının işğalına münasibət bildiririk. Yəni qondarma erməni soyqırımını bu şəkildə tanımaq Azərbaycanın haqqını yemək kimi dəyərləndirilir. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan tərəfinin məsələyə yanaşması doğrudur.

- Baş verən son prosesin Qarabağ məsələsinin həllinə, bu istiqamətdə gedən danışıqlara təsiri necə ola bilər?

- Hələlik Qarabağ məsələsinin həlli mümkün görünmür. Tərəflər nə qədər ümidli mövqelər ifadə etsələr də, əslində bu, sözdən o tərəfə keçən addım olmur. 2006-dan bu yana artıq dördüncü ildir ki, çox ümidli bəyanatlar səslənib. Həm ATƏT-in Minsk Qrupu tərəfindən, həm dövlət başçılarının görüşündən sonrakı rəylər və s. Amma hesab edirəm ki, bu, artıq daha çox siyasi məsələyə çevrilib. Həm Ermənistan, həm Azərbaycan rəhbərliyinə çox aydın şəkildə bəllidir ki, bugünkü mövqelərdə ən azı geriçəkilmə mahiyyət etibarı ilə hakimiyyət dəyişikliyinə çox asan yol aça bilər. Heç biri də, həm milli mənafe baxımından, yəni Azərbaycan tərəfi torpaqlarını kiməsə güzəştə getmir, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilmir, həm də hakimiyyətlərini qorumaq açısından bu addımları atmayacaqlar. Ona görə də tərəflər hər növbəti mərhələdə yeni təkliflər irəli sürürlər. Bu da proseslərin soyuqlaşması üçün bir bəhanə rolunu oynaya biləcək. Son proseslərin də köklü şəkildə Qarabağ məsələsinə təsir edəcəyini düşünmürəm.

- İqbal bəy, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik. Hazırkı vəziyyəti necə analiz edərdiniz?

- Azərbaycanda seçki prosesi hələlik müxalifət daxilində gedir. İctimai hazırlıq, vətəndaşların bu prosesə cəlb olunması hələlik başlamayıb. Hesab edirəm ki, siyasi partiyalar əvvəlki illərdən daha aktiv şəkildə prosesə qatılıblar. Bilirsiniz ki, əvvəlki illərdə seçkiyə bu qədər qalmış ya konfiqurasiya bəlli olurdu, ya kimin kimlə müttəfiq olacağı aydınlaşırdı. Hər kəs də həmin müstəvidə seçkiyə hazırlaşırdı. İndi isə hələ heç nə bəlli deyil. Demək olar ki, Azərbaycanda aktivliyi zərrə qədər gözəçarpan siyasi partiyaların hamısı istisnasız halda prosesə qoşulublar və yollar axtarırlar. Bu aktivliyi gerçəkləşdirib vətəndaşı da bu prosesə cəlb etmək ikinci mərhələdir. Bu birinci mərhələdə konfiqurasiya bəlli olandan sonra ikinci mərhələdə vətəndaş və seçici ilə işləmək, ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək kimi amillər qarşımızda dayanır. Hesab edirəm ki, bu barədə danışmaq mart ayının sonunda daha çox nəzərə çarpacaq. Yəni müxalifət bu işin öhdəsindən gələ biləcək, yoxsa yox?

- Ancaq bu gün görünən odur ki, müxalifət seçkiyə hazırlaşmaq əvəzinə bir-birini ittiham edir, "ən güclü mənəm" davasını aparır...

- Hesab edirəm ki, bütün bunlar çıxış yolları axtarmaq üçündür. Biz də deyirik ki, Ümid Partiyasından güclü partiya yoxdur, başqa partiyalar da belə fikirlər ifadə edirlər. Bunlar daha çox vətəndaş aktivliyinə və siyasi proseslərə daha çox insanın cəlb olunmasına yönəlik addımlardır. Bu mənada qeyd etdikləriniz mənfi tendensiya deyil. Ola bilsin ki, bəzən zərərli şeylər ortaya çıxır, qarşılıqlı ittihamlar, böhtanlar, şər kampaniyası aparılır, amma yenə deyirəm, cəmiyyət normal demokratik axarında inkişaf etmiş olsaydı, bunların heç biri ortaya çıxmazdı. Bu, həm də cəmiyyətin indiyə qədərki ictimai-siyasi prosesləri normal axarı ilə aparmamasının göstəricisidir. Cəmiyyət və siyasi partiyalar bundan çıxış yolu axtarırlar. Ona görə də mən bu prosesləri dəhşətli və ağrılı qəbul etmirəm.

- Müxalifətin birlik istəyinin olmamasını az mandatı bölüşdürmək istəməməsi ilə əlaqələndirirsiniz. Ümumiyyətlə, bu istəyin özü hakimiyyətin xeyrinə deyilmi?

- Real ictimai-siyasi proseslər var. Əgər 2003-cü il prosesləri hakimiyyət dəyişikliyi üçün ümid verirdisə, 2005 "narıncı inqilab"lar ili idisə, Qarğızıstanda, Ukraynada, Gürcüstanda baş verən hadisələr niyə Azərbaycanda baş verməsin kimi suallar səslənirdisə, 2010-cu il bunlardan xalidir, əksinə, bir az da geriyə dönük var. Tutaq ki, Yuşşenko öz postundan gedib, onun yerinə əvvəlki ənənəni bərpa edən Yanukoviç gəlibsə, Qırğızıstanda proseslər bir qədər geriyə doğru inkişaf edibsə, bütün bunların fonunda Azərbaycanda da nədən bu gün hakimiyyət dəyişsin kimi sual ortaya çıxır. Bu sualı da hər bir partiya öz-özünə ünvanlayır. Biz indiyə qədər parlament seçkilərinə hakimiyyət dəyişikliyi kimi yanaşmışıq. Əslində bu, doğru yanaşma deyil. İndi cəmiyyət parlament seçkilərinə öz halında baxır. Daha çox mandat qazanmaq barədə düşünülür. Ortada da görünən budur ki, ictimai-siyasi proseslərin passivliyi, cəmiyyətin qeyri-demokratik inkişafı, o cümlədən beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə dözümlü yanaşma mahiyyət etibarı ilə səciyyələndirir ki, ortada daha az mandat görünür. Tutaq ki, 2005-dən daha az mandat görünür. Təbii ki, belə olan təqdirdə də hər kəs müxalifətçilik brendini öz üzərinə götürüb, həmin yerləri özünə götürmək istəyir. Təəssüflər olsun ki, cəmiyyətin ümumi qazancları düşünülmür. Ona görə proseslər bu mərhələyə dirənib.

- Belə çıxır ki, müxalifət 2010-u hakimiyyət dəyişikliyi ili kimi qəbul etmir...

- Parlament seçkilərində müxalifət zatən qəbul etməlidir ki, hakimiyyət dəyişikliyi ili deyil.

- Amma əvvəlki parlament seçkilərində dəyişiklik gözləyirdilər...

- Bu ümid var idi. Çünki dünyada baş verən hadisələr bunu deyirdi. Hakimiyyət dəyişiklikləri parlament seçkilərində olmuşdu. Gürcüstanda, Qırğızıstanda hakimiyyət dəyişikliyi bu şəkildə baş vermişdi. Bu hadisələr fonunda Azərbaycan müxalifəti parlament seçkilərinə o şəkildə yanaşırdı. İndi isə proseslər tam əksinədir. Ona görə də müxalifət parlament seçkilərinə daha çox mandat qazanmaq ili kimi baxır.

- "Hakimiyyət dəyişikliyi olmayacaq",- əhval-ruhiyyəsi nə vaxtda qədər davam edəcək?

- Hesab edirəm ki, müxalifət və cəmiyyət 2013-cü ilə bu məsələdə daha hazırlıqlı çıxacaq. Hər enişin bir yoxuşu var. Azərbaycan demokratiyası da, siyasi sistemi də bütövlükdə eniş dövrünü yaşayır, amma bu eniş dövrü uzun sürə bilməz. Düşünürəm ki, 2010 parlament seçkilərindən sonra cəmiyyətin yeni yüksəliş mərhələsi başlayacaq. Hakimiyyət dəyişikliyi 2013-də real görünür.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829