Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Əməkdar incəsənət xadimi Sitarə Rəhimova vəfat edib

  Sayta qoyulub: 23:13 06.03.2010 (104 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Sitarə Rəhimova dünən axşam 65 yaşında vəfat edib. ANS PRESS-i məlumatına görə, sənətkar bu gün Bakıda dəfn edilib. Qeyd edək ki, sənətkar uzun illər oturaq həyat tərzi keçirdiyindən müxtəlif xəstəliklər tapmışdı.

Qədim el sənəti olan muncuq tikməsi yaradıcılığı ilə məşğul olan Sitarə xanım ömrünün 42 ilini bu çətin işə həsr edib. Sənətkarın əl işləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə sərgilənib. Daha çox portret üzərində işləyən el sənətkarı mərhum prezident Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, İlham Əliyevin və Mehriban Əliyevanın portretlərini muncuqlarla kətan üzərində yaradıb. Sənətkar möhtəşəm ”Bürclər” əsərini 15 ilə tamamlayıb.

Mərhum prezident Heydər Əliyev Sitarə Rəhimovanın yaratdığı Mustafa Kamal Atatürkün portretini Türkiyənin müstəqilliyinin 75 illiyində ovaxtkı Türkiyə prezidenti Süleyman Dəmirələ hədiyyə edib. Əsər hazırda Atatürk adına Muzeydə saxlanılır. S. Rəhimovanın iki nəhəng «Ceyranlar» və «Qızıl güllər» adlı əsərləri isə 1996-cı ildə İçərişəhərdə təşkil olunan sərgidə itib.

“Azərbaycantelefilm” 2008-ci ildə Sitarə Rəhimovanın yaradıcılığına həsr edilmiş “Hələ ki dözülür” adlı sənədli film çəkib.

Qeyd edək ki, S. İbrahimova 1945-ci ildə Gürcüstanda anadan olub. Beş yaşında ikən ailəsi Bakıya köçüb. Uşaqlıqdan arzusu rəsam olmaq olsa da, 1969-cu ildə isə Çingiz İldırımzadə adına Texniki Universitetə qəbul olunub.

Allah rəhmət eləsin!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930