Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : İslam Partiyası: «Bu, ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil»

  Sayta qoyulub: 15:10 06.03.2010 (235 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Partiyası: «Bu, ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil»

Azərbaycan İslam Partiyası (AİP) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı”nın qəbul edilməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, bu, Qərb dünyasının müqəddəs İslam dininə və dünya müsəlmanlarına qarşı yürütdüyü çirkin siyasətin təzahürüdür.

«Əslində tarixçilərin və tədqiqatçıların araşdırmaları nəticəsində qiymətləndiriləcək bir məsələni, bir qrup siyasətçinin ixtiyarına qoymaq, qərəz və haqsızlıqdan başqa bir şey deyil. Xəstə təxəyyülün məhsulu olan qondarma soyqırım iddiaları regionda inkişaf etmiş və zəngin tarixə malik olan Türkiyəyə qarşı ən böyük ədalətsizlikdir»- deyə bəyanatda qeyd olunur.

Bəyanatda o da bildirilir ki, bu, ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil. Ötən il BMT-də Ermənistanın işğalçı kimi tanınması məsələsi gündəliyə çıxarılan zaman da ABŞ bunu dəstəkləməyib. Bundan əlavə, ABŞ yeganə ölkədir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”na maliyyə dəstəyi göstərilir: “ABŞ uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsini öz maraqları çərçivəsində naməlum istiqamətə yönəltmək niyyətindədir. ABŞ-ın ədalətsiz mövqeyindən çəkinməsini tələb edirik”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829