Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : BAXCP Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılmasını tələb etdi

  Sayta qoyulub: 13:41 06.03.2010 (294 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılmasını tələb etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilmiş qərarı qətiyyətlə pisləyir.

BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, BAXCP ABŞ-ın bu gün bölgədə təcavüzkar siyasət yürüdən Ermənistana işğal altında saxladığı Azərbaycan torpaqlarının azad edilməsi üçün təsir göstərmək əvəzinə bu təcavüzkar ölkə ilə sərhədlərin açılması üçün Türkiyəyə təzyiq etməsini, nəinki beynəlxalq hüquqa, hətta mənəvi və əxlaqi çərçivəyə sığmayan hərəkət kimi dəyərləndirir.

BAXCP hesab edir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qərar bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə yaradan təxribat xarakterli sənəddir və partiya dünya ictimaiyyətini bölgədə münasibətlərin gərginləşməsinə xidmət edən bu qərarı pisləməyə çağırır, Azərbaycan ictimaiyyətinin bütün təbəqələrini Türkiyə ictimaiyyətindən daha çox fəallıq nümayiş etdirməyə və etirazlarını daha qabarıq şəkildə bildirməyə dəvət edir. Çünki ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qərar işğalçı Ermənistanla sərhədlərini açmayan Türkiyəyə qarşı təzyiq xarakteri daşıyır.

Partiya ABŞ-ın bütün siyasi dairələrini Azərbaycana qarşı yönələn və elan olunmuş dostluq, tərəfdaşlıq münasibətlərinə uyğun gəlməyən hərəkətlərdən çəkinməyə çağırır. BAXCP Azərbaycan hökumətini ABŞ Azərbaycana səfir təyin etməyənədək öz səfirini bu ölkədən geri çağırmağa dəvət edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829