Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Qan Donorları Assosiasiyası İctimai Birliyi və “Sigma” Tibb Mərkəzi arasında anlaşma memorandumu imzalandı

  Sayta qoyulub: 13:06 06.03.2010 (438 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Qan Donorları Assosiasiyası İctimai Birliyi və “Sigma” Tibb Mərkəzi arasında anlaşma memorandumu imzalandı

«Qan donoru canlı həyat mənbəyidir. Hər kəs donor ola bilmir. Əgər insan qan donorudursa demək ki, o sağlamdır. Biz ilk öncə çalışmalıyıq ki, qan donorunun sağlam qalması üçün lazım olan şərait yaradaq. Bizim klinika donorların sağlamlığı üçün üzərinə düşəni etməyə hazırdır».

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Sigma Tibb Mərkəzinin baş həkimi Gülnarə Mahmudova anlaşma memorandumunun imzalanması zamanı deyib.

6 mart tarixində Qan Donorları Assosiasiyası İctimai Birliyi və “Sigma” Tibb Mərkəzi arasında anlaşma memorandumu imzalandı. Anlaşma memorandumunun məqsədi daimi donorların sağlamlığında yaranmış hər hansı bir problemin aradan qaldırılması üçün tibb ocağına müraciət edərsə müalicə və müayinələrin olunmasında 40% güzəştin olunmasıdır. Bununla bərabər güzəşt kartlarından donorların yaxın ailə üzvləri də 20 % güzəştlə istifadə edə biləcəklər.

Layihənin digər bir faydasıda ondan ibarətdir ki, klinikada peşəkar tibb işçiləri tərəfindən qan donorlarına sağlamlıqla bağlı daim maarifləndirici təlimatlar veriləcəkdir (düzgün və keyfiyyətli qidalanma, zərərli vərdişlərdən çəkinmə və s kimi). Buda öz növbəsində donorun sağlamlığında öz əksini tapacaqdır.

Hər zaman donorlara qarşı diqqət və qayğı ilə yanaşan Qan Donorları Assosiasiyası layihənin açılış mərasimini 8 mart Beynəlxalq Qadınlar günü öncəsi keçirməklə xanım donorlara ilk kartları hədiyyə etdi. Beləliklə xanım donorlar layihədən ilk faydalananlar oldular.

Memorandumum imzalandıqdan sonra hər iki qurumun rəhbərləri (Qan Donorları Assosiasiyasının idarə heyətinin sədri Fuad Əsgərov və sözləri Sigma Tibb Mərkəzinin baş həkimi Gülnarə Mahmudova) layihə çərçivəsində görülücək işləri müzakirə etdilər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829