Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : QAT hərbi təyyarənin qəzaya uğramasını səbəblərinin araşdırılmasını tələb edir

  Sayta qoyulub: 17:20 05.03.2010 (252 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

QAT hərbi təyyarənin qəzaya uğramasını səbəblərinin araşdırılmasını tələb edir

Qarabağ Azadlıq Təşkialtı (QAT) Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı təyyarəsinin qəzaya uğramasını həyəcan doğuracaq fakt kimi dəyərləndirir və qəzanın səbəblərinin araşdırılmasını tələb edir.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, QAT-ın bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Ordusunun döyüş vasitələri və texnikasına bu cür səhlənkar münasibət yolverilməzdir: “Yüksək hazırlıqlı hərbi mütəxəssislərin bu cür qəzalarda itirliməsi də Azərbaycan Ordusunun döyüş qabiliyyətinə ağır zərbə vurur. Bu qəzada təqsiri olan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Digər tərəfdən, biz qəza zamanı böyük qəhrəmanlıq nümunəsi göstərmiş təyyarəçi, polkovnik-leytenant Famil Məmmədlinin hərəkətini yüksək qiymətləndiririk. O, öz həyatını xilas etmək əvəzinə sona qədər təyyarənin sükanı arxasında qalmış, təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdıraraq öz həyatı bahasına onlarla insanın həyatını xilas edib. İlkin məlumatlara görə, yerdəki idarəetmə mərkəzindən dəfələrlə təkid edilməsinə baxmayaraq, o təyyarəni tərk etməyib. Famil Məmmədlinin bu hərəkəti gənclər üçün böyük bir örnəkdir, onun qəhrəmanlığı ilə ailə üzvləri, yaxınları, bütün Azərbaycan xalqı fəxr edə bilər. Onun hərəkəti Azərbaycan əsgərinin yüksək mənəvi keyfiyyətlərini, döyüş qabiliyyətini, fədəkarlığını nümayiş etdirib”.

QAT Azərbaycan Ordusunda Famil Məmmədli kimi yüzlərlə əsgər və zabitimiz olduğuna və onların işğalçı Ermənistana qarşı öz həyatlarını da əsirgəmədən müqəddəs savaşa hazır olmalarına əmindir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829