Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müsavat Partiyası Türkiyəyə dəstək verdi

  Sayta qoyulub: 16:32 05.03.2010 (240 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Türkiyəyə dəstək verdi

ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili standartlarla yanaşmanın təzahürüdür. Tarixçilərin və digər araşdırmaçı alimlərin işi olan bu məsələnin Konqresdə müzakirəsi bölgədəki proseslərə mənfi təsiri qaçılmazdır. Çünki xəstə təxəyyülün məhsulu olan uydurma soyqırım iddialarının bu dərəcədə şişirdilməsi regionun aparıcı dövləti olan Türkiyəyə qarşı haqsız təzyiq vasitəsindən başqa bir şey deyil.

1915-ci ildə baş vermiş bu hadisələrə belə canıyananlıqla münasibət bəsləyən konqresmenlərin son 20 ildə Azərbaycana qarşı təcavüzkar siyasətə, bu siyasətdən doğan soyqırım hadisələrinə və insanların öz doğma torpaqlarından etnik təmizləməyə məruz qalmasına biganə yanaşması da xeyli suallar doğurur.

Müsavat Partiyası dünyada demokratiyanın və insan haqlarının mühüm istinadgahı kimi tanınan ABŞ-ın bu hərəkətlərindən narahatdır və bunu bölgədəki vəziyyətin daha da gərginləşməyinə xidmət edən addım kimi qiymətləndirir. Ona görə də biz ABŞ konqresini bu qətnamə layihəsini, ümumiyyətlə, müzakirəyə çıxarmamağa, Türkiyənin haqlı mövqeyinə dəstək verməyə çağırırıq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829