Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi iki il əvvəl törədilmiş qətllə bağlı birgə məlumat yayıb

  Sayta qoyulub: 16:18 05.03.2010 (282 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi iki il əvvəl törədilmiş qətllə bağlı birgə məlumat yayıb

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi 2 il əvvəl qəsdən adam öldürməkdə təqsirli bilinən Yuri Belousovun həbs olunması barədə birgə məlumat yayıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ilin noyabrında Fərhad Quliyevi qəsdən öldürməkdə şübhəli bilinən Yuri Belousov bu il martın 3-də tutulub.

Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Aparılmış istintaq zamanı məlum olub ki, əvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Y.Belousov Nardaran qəsəbəsində Həmid adlı şəxsin bağ evində gözətçi işləyərkən, 2008-ci il noyabrın 27-də, saat 22 radələrində tanışı F.Quliyev onun yanına gəlib. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bu zaman Y.Belousov özündə olan bıçaqla F.Quliyevə bir neçə bıçaq zərbəsi vuraraq onu öldürüb. Bundan sonra o, həmin evin digər otağında olan şəxslərin köməyi ilə F.Quliyevin meyitini yaxınlıqdakı bağ sahələrinin birində basdıraraq cinayətinin üstünü örtməyə çalışıb.

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Belousov törətdiyi cinayət əməlini etiraf edib və özünun də iştirakı ilə meyitin basdırıldığı əraziyə baxış keçirilib. Həmin yerdən F.Quliyevin meyiti aşkar edilərək müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829