Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : AMİP qondarma “erməni soyqırımı” qətnaməsinin qəbul edilməsi ilə bağlı ABŞ-a etiraz edir

  Sayta qoyulub: 17:10 05.03.2010 (67 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


«ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” qətnaməsinin qəbul edilməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca sərt qarşılandı. Həmin Komitənin heç bir əsası olmayan, uydurma iddianı həqiqət kimi göstərmək cəhdi dünyada demokratiyanın beşiyi sayılan bu ölkəyə inamı sarsıdır».

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaydığı bəyanatda qeyd olunur. AMİP tarixi faktlar araşdırılmadan erməni məkirinə uyaraq belə bir qətnamənin qəbuluna kəskin etirazını bildirir və bunu qəti şəkildə pisləyir. Tarixən ermənilər havadarlarının hərtərəfli dəstəyindən bəhrələnərək Azərbaycan türklərinə qarşı deportasiya və soyqırım törətmiş, hətta bəşəriyyətə qarşı olan bu cinayəti özlərinin dövlət siyasətinə çevirmişlər. Ötən əsrin müxtəlif dönəmlərində milyonlarla Azərbaycan türkü öz doğma yurd-yuvalarından silah gücünə qovulmuş, həyata keçirilən bu deportasiya zamanı yüzlərlə insan ağır işgəncələrə məruz qalmış və faciəli surətdə qətlə yetirilmişdir.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu gün Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan çox insan isə dözülməz şəraitdə qaçqın həyatı sürməkdədir. Xocalı faciəsi isə erməni qəddarlığının insanlığa qarşı yönəlmiş əməllərinin bariz nümunəsidir. Ermənilərin işğalçılıq siyasətinin dayandırılması ilə bağlı BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu vəhşiliyinə göz yummaqdadır.

Bu sadaladığımız faktlar ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi faciələrin çox kiçik bir hissəsidir. Amma buna baxmayaraq, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırım” qətnaməsini qəbul etməklə ədalət və obyektivlik prinsiplərinə ciddi zərbə vurmaqla yanaşı, təcavüzkara yeni imkanlar yaradacaq. Bu isə beynəlxalq hüquq normalarına tamamilə ziddir.

AMİP hesab edir ki, qətnamənin qəbulu regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi zərbə vuracaq, həmçini də, Dağlıq Qarabağ probleminin həllini çətinləşdirəcəkdir. Partiya belə bir addımın yalnış olduğu qənaətindədir və Birləşmiş Ştatların təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də nüfuzuna zərər verəcəyini düşünür.

AMİP ABŞ –ın bu məsələyə həssas yanaşacağına və ədalətli davranacağına ümüd edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930