Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : Ümid Partiyası Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında piket keçirəcək

  Sayta qoyulub: 16:08 05.03.2010 (81 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Ümid Partiyasının Rəyasət Heyyətinin növbəti toplantısı keçirilib. Partiyadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədə baş verən ictimai-siyasi prosseslər, bu il keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı qərara alınıb ki, parlament seçkilərində iştirak məsələsi bazar günü partiyanın Ali Məclisinin toplantısında geniş müzakirə edilsin və qərar qəbul olunsun.
Daha sonra RH-nin toplantısında son zamanlar Türkiyəyə qarşı təşkil edilmiş xarici təzyiqlər məsələsi müzakirə olunub. Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib. Qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq erməni soyqırımı kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir.
Bu məsələ ilə bağlı olaraq partiyanın Rəyasət Heyyəti qərara alıb ki, həm Türkiyəyə dəstək bəyanatı qəbul edilsin, həm də martın 12-də Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin binası önündə piket keçirilsin. İclasda yekdilliklə aksiyasının keçirilməsi məsələsi dəstəklənərək qərar qəbul edilib.
Ümid Partiyasının bu gün qəbul edilmiş bəyanatında qeyd edilir ki, martın 12-də keçiriləcək dəstək aksiyasında ölkənin bir sıra təşkilatları, media qurumları və siyasi müxalifət partiyaları da dəvətlidirlər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930