Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Fidan Hacıyeva: “Məqsədim Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır”

  Sayta qoyulub: 13:48 05.03.2010 (89 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva martın 17-də solo-konsert proqramı ilə çıxış edəcək. Konsert və yaradıcılığındakı yeniliklərlə bağlı geniş məlumat vermək məqsədi ilə Fidan Hacıyeva bu gün mətbuat konfransı keçirib.

Konfransda çıxış edən vokalçı bildirib ki, o, solisti olduğu Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçıların görüşünə gələcək. Konsertə çox ciddi hazırlaşdığını və məhz bu konsert üçün yeni proqram hazırladığını açıqlayan F.Hacıyeva deyib ki, konsertdə professor Hüseyn Əliyevin sinfi də səhnəyə çıxacaq: “Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclərlə həmin gün çoxsaylı duetlər ifa edəcəyəm. Artıq konsertlə bağlı ciddi hazırlıq işlərinə başlamışıq və hər birimiz öz üzərimizə düşəni yüksək səviyyədə həyata keçirəcəyimizə əminik. Həmin gün tamaşaçılar qarşısında dünya klassikası və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəyəm. Xüsusi romanslar və mahnılar hazırlayırıq. Üç saata yaxın konsert proqramında eyni zamanda “Samson Dalila”, “Karmen”, “Arşın mal alan”, “Sevil” operasından əsərlər səslənəcək. Gəncləri də o səhnəyə çıxarmağımda məqsədim isə Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır”.

F.Hacıyeva bir məqamı da diqqətimizə çatdırdı ki, martın 17-də baş tutacaq bu konsertdə bu günədək Azərbaycanda səslənməmiş dünya musiqisindən əsərlər də yer alacaq. Konsertdə ifa olunacaq musiqiləri isə Yaşar İmanov tərəfindən tam yeni formada aranjiman olunur. Akademik Opera və Balet Teatr Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulan bu konserti elə sözügedən orkestrin baş dirijoru Cavanrşir Cəfərov idarə edəcək.

Məhz bu konsert üçün isə Fidan Hacıyeva Böyük Britaniya modelyerlərinə xüsusi səhnə geyimləri sifariş edib. Geyimlərinin müəllifi Böyük Britaniyanın tanınmış modelyeri Brend Lorendir. Vokalçının konserti üçün yeni səhnə dekorasiyası da hazırlanır. Artıq bununla bağlı da qərara gəlindiyini qeyd edən solist, səhnə dekorasiyasının Opera və Balet Teatrının dizaynerləri tərəfindən klassik üslubda hazırlandığını qeyd edib.

F.Hacıyeva onu da deyib ki, konsertinin biletlərinin qiyməti 15-25 manat arasındadır: “Konsertin biletlərini ucuz qoymağımızda məqsəd konsertə gəlmək istəyində olan bütün tamaşaçıların iştirakını təmin etməkdir. Klassika sevərlər adətən daha az əmək haqqı alan insanlar olur. Mən bunların hamısını nəzərə almışam və hər birini konsertimdə gözləyirəm”.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyi və vesti.az xəbər portalına məxsusdur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930