Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Azərbaycanda əmək pensiyası alanların 60,6 faizi qadınlar, 39,4 faizi kişilərdir

  Sayta qoyulub: 11:11 05.03.2010 (299 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əmək pensiyası alanların 60,6 faizi qadınlar, 39,4 faizi kişilərdir

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Azərbaycanda əmək pensiyaçılarının 60,6 faizini qadınlar, 39,4 faizini kişilər təşkil edir.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda 1 yanvar 2010- cu il tarixə olan dəqiq statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33 294 nəfər artaraq (2,6 faiz) 1 308 432 nəfərə çatıb. Əmək pensiyaçılarının 39,4 faizi kişi (516 142 nəfər), 60,6 faizi isə qadınlardır (792 290 nəfər). Qadınlardan 389 919 nəfəri çoxuşaqlı analardır. Bu ilin yanvarın 1-i tarixinə dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 112 nəfər təşkil edir.

Ümumilikdə əmək pensiyaçılarının 133 881 nəfəri işləyən pensiyaçılar, 37 481 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 311 849 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 924 nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği isə 2009-cu ilin əvvəlinə nisbətən 5,3 faiz artaraq ilin sonuna 100,4 manat olub.

Qeyd edək ki, əmək pensiyası - “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829