Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




SİYASƏT : AMİP rəhbərliyi ABŞ Milli Demokratiya İnstitutunun direktoru ilə görüşüb

  Sayta qoyulub: 17:18 04.03.2010 (83 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Bu gün AMİP-in müvəqqəti qərargahında partiya rəhbərləri ilə ABŞ Milli Demokratiya İnstitutunun ölkə üzrə yeni təyin olunmuş direktoru, cənab Aleks Qriqoryevs arasında görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əsas müzakirə predmeti Azərbaycandakı demokratik təsisatların durumu, ictimai-siyasi vəziyyət, eləcə də qarşıdan gələn parlament seçkiləri haqqında olub.

AMİP Baş Katibi Fuad Muxtarov hakimiyyətin demokratik təsisatlara, vətəndaş cəmiyyətinə, həmçinin, azad mətbuata son dərəcə dözümsüzlük nümayiş etdirməsindən, fundamental insan hüquq və azadlıqlarını daha intensiv pozmasından narahatlığını çatdırdı. O, eyni zamanda ölkədə keçirilən seçkilərin total saxtalaşdırıldığından, vətəndaşlarda seçkilərə inamsızlıq yaratdığını da vurğuladı.

Cənab Aleks Qriqoryevs isə təmsil etdiyi qurumun Azərbaycanda da hüquqi və demokratik cəmiyyətin qurulmasında maraqlı olduğunu və bunun üçün imkanları daxilində bu proseslərə köməklik göstərdiklərini bildirdi.

Görüşdə ABŞ Milli Demokratiya İnstitutu ilə AMİP arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi və bu əməkdaşlığın bundan sonra da daha da dərinləşməsi üçün səylərin artırılması qənaətinə gəlindi.

Görüşdə AMİP Təşkilat Katibi Nazim Ələsgərov, Mətbuat və Təbliğat Katibi Əli Orucov və Bələdiyyələrlə iş üzrə Katib Elşən Mustafayev də iştirak edirdilər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930