Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




CƏMİYYƏT : Tələbələr Birliyi və İncəsənət Universitetinin Kultorologiya fakültəsinin tələbələri yeni layihəyə start verib

  Sayta qoyulub: 15:46 04.03.2010 (92 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Azərbaycan Tələbələr Birliyi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kultorologiya fakültəsinin tələbələri birgə kultoroloji layihəyə start verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihənin əsas məqsədi tələbələrin gündəlik həyatındakı mədəni tələbatlarını ödəməkdə onlara kömək etməkdir. Layihənin başlanğıc mərhələsi olaraq muzeylərə səfərlər təşkil edilir.

Tələbələrin muzeylərə cəlbi zamanı muzeyşünaslıq ixtisası ilə bağlı təhsil alan tələbələrin bilik və potensiallarından istifadə edilməsi layihənin vəzifələrindən biridir. Layihə çərçivəsində artıq Üzeyir Hacıbəyovun və Cəlil Məmmədquluzadənin Ev muzeylərinə səfərlər təşkil edilib. Muzeyə getməklə tələbələr həm görərək, həm də eşidərək Azərbaycanın zəngin mədəniyyət və incəsənətini daha dərindən öyrənmək imkanı əldə edirlər. Kultoroloji layihənin çərçivəsində müxtəlif vaxtlarda muzeylərlə yanaşı abidələrə ziyarət, sərgilər, müsabiqələr və görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Layihə müddətsiz olaraq ATB tərəfindən başlanılıb. Əsas prinsipi “maraqlan və maraqlandır” olan layihəyə istənilən tələbə qoşula bilər. Layihənin digər bir özəlliyi də odur ki, layihənin icrası dövründə tələbələrin təşəbbüsləri və yeni ideyaları qiymətləndirilərək dəstəklənir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930