Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğradı

  Sayta qoyulub: 17:18 03.03.2010 (420 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğradı

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanıb
Azərbaycanın Tovuz rayonunun Aşağı Ayıblı kəndində qırıcı təyyarə qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün saat 17.00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı SU 25 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.

Tovuz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mahir Həsənov Lent.az-a bildirib ki, hərbi hissədən təlim məqsədilə havaya qalxan 4 qırıcıdan 3-ü uğurla havalansa da, biri qanadında yaranmış nasazlıq səbəbindən havaya qalxa bilməyib və qəzaya uğrayıb.

Qırıcı təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Hərbi prokurorun müavini, ədliyyə polkovniki Şəfahət İmranov, kriminalistika şöbəsinin rəisi, Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsini müstəntiqləri və prokuror-kriminalistləri hadisə yerinə ezam olunublar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829