Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : “Unibank” Lənkəranda filial açıb

  Sayta qoyulub: 16:01 03.03.2010 (419 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank” Lənkəranda filial açıb

“Unibank” Kommersiya Bankı” ASC mart ayının 3-də Lənkəran rayonunda yeni regional filial açıb. Filialın açılışı mərasimində Bankın İdarə Heyətinin Sədri Faiq Hüseynov, Lənkəran rayonu İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, regionun işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

“Lənkəranda filialın açılması ölkənin regionlarında bizim biznesin genişləndirilməsi işində növbəti addım oldu”, - deyə Faiq Hüseynov mərasimdə bəyan edib. “Ölkənin ən iri özəl banklarından biri kimi, “Unibank” özünün filial şəbəkəsini genişləndirməkdədir, bu isə xidmətlərimizi daha geniş müştəri dairəsi üçün əlçatan edəcək. Lənkəran filialının fəaliyyətində kiçik və orta biznesin maliyyə baxımından dəstəklənməsi prioritet olacaqdır”, - deyə O qeyd etdi. F.Hüseynovun sözlərinə görə, Lənkəran regionu bank xidmətlərinə istehlakçıların marağının artan potensialına malikdir. “Bizim xidmətlərin geniş spektri, sərfəli faiz dərəcələrimizlə, qərarların qəbul edilməsinin sadə və cəld prosedurları ilə yanaşı, bölgədə əhalini keyfiyyətli bank məhsulları ilə təmin edəcəkdir. “Əminəm ki, “Unibank”ın yeni filialının xidmətlərinə təkcə Lənkəranda deyil, həm də yaxında yerləşən və əhalisi 200 mində artıq olan regionun şəhər, kənd və qəsəbələrində də ehtiyac olacaqdır”, - deyə O sözünü tamamladı.

Qeyd etmək lazımdır ki, “Unibank”ın Heydər Əliyev küçəsi, 12 ünvanında yerləşən yeni filialı əhaliyə, depozit məhsulları, istehlak kreditləşməsi, avto- və mikrokreditləşdirilmə proqramları, pul köçürmələri, kommunal ödənişlər, habelə müxtəlif çeşidli plastik kartlar da daxil olmaqla, bank xidmətlərinin tam spektrini təklif edir. Lənkəran filialının fəaliyyətində “Unibank”ın kredit məhsullarının geniş xətti, konkret olaraq, özəl sahibkarların və kiçik biznes müəssisələrinin kreditləşdirilməsi, xüsusi vurğulanacaq.

Azərbaycan İpoteka Fondunun və Sahibkarlığın dəstəklənməsi üzrə Milli Fondun səlahiyyətli bankı olaraq, “Unibank” Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. Hazırda Bankın filial şəbəkəsi 17 paytaxt və 7 regional (Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Quba, Lənkəran və Mingəçevir) filialından, habelə Baş ofis və iki – “Gənclik” və “Gəncə-2” – xidmət şöbələrindən ibarətdir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829