Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  17:13 07.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Bu gün "İlin Adamı" mükafatı Polad Bülbüloğluna təqdim olunacaq

  Sayta qoyulub: 14:41 03.03.2010 (68 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu dövlətimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin -ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə “2009-cu İlin Adamı” elan edib.

Bu gün Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu mükafatı İlin adamına- Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna təqdim edəcək.

Qeyd edək ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.
2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə isə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə isə Prezident İlham Əliyev «İlin adamı» elan edilib. 2008-ci «İlin adamı» adına Azərbaycanın görkəmli rəssamı Tahir Salahov layiq görülüb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Yarımçıqlar Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Azərbaycan mənzərələri - 2 Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930