Şirkət uşaqların və gənclərin sosial-iqtisadi problemlərini həmişə diqqət mərkəzində saxlayırAzərbaycanda uşaq hüquqları müxtəlif qanunvericilik aktları ilə qorunur. Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Dövlətin uşaqlara qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir.
Bu gün 18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir. 2009-cu ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim pediatr çalışmışdır. Sağlam nəslin yetişməsində idman və bədən tərbiyəsinin rolu əvəzsizdir. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 339 min nəfər olmuşdur. Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. 2009-cu il aprel ayının 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunmuşdur. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olmuşdur. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilmişdir.
Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən iri şirkətlər, müxtəlif donor təşktlatları da uşaqların müdafəisi istiqamətində öz səylərini əsirgəmirlər. Belə şirkətlərdən biri də «Qaradağ-Sement» ATSC-dir. Bu nəhəng şirkət «Müşviq» Əlil Uşaqlara Yardım İctimai Birliyinin və «Dirçəliş» İqtisadi Araşdırmalar Cəmiyyətinin timsalında uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Səmiyyətin sədri Validə … bizimlə söşbət zamanı bildirdi ki, “Müşviq” ƏUYİB 2001-ci ildə yaradılıb. Mərkəz fəaliyyətə başladığı gundən etibarən «Qaradağ Sement» ATSC ilə əməkdaşlıq edir. Qaradağ rayonu Sahil qəsəbəsində yaranan təşkilatın əsas məqsədi cəmiyyətdə sağlamlıq imkanları məhdud olan insanlara qarşı formalaşmış mövcud stereotipləri aradan qaldıraraq, cəmiyyət və xüsusi qayğıya ehiyacı olan uşaqlar arasında yeni münasibətlər qurmaqdan ibarətdir.
Mərkəzdə müxtəlif yaş kateqoriyalarına (0-5; 6-12; 13-18; 19-25) aid əlilliyi olan uşaqlar onların inkişafına dəstək verəcək sosial xidmətlərlə əhatə olunurlar. Əlilliyi olan uşaqlarla işin erkən yaşlarda təşkili onlarda gələcəkdə biruzə verəcək ikinci dərəcəli inkişaf problemlərini aradan qaldırır.
Validə xanım dedi ki, hazırda «Müşviq» Bərpa Mərkəzində 60 uşaq hərtərəfli qayğı ilə əhatə olunub. Mərkəzin əməkdaşları saat 10-dan 16-ya kimi uşaqlara qulluq edir, proqramma uyğun olaraq onların fiziki və zehni inkişafının qayğısına qalırlar: «Uşaqların yeməyi, kommunal xərclər «Qarabağ Sement» ATSC təərfindən ödənilir. Keçirdiyimiz tədbirləri də «Qaradağ Sement» maliyyələşdirir. Artıq 7 ildir ki, şirkət hər il bizə 24 min manat vəsait ayırır. Mərkəzimizdə qeydiyyatda olan uşaqların və onların valideynlərinin adından şirkət rəhbərliyinə öz minnətdarlığımı bildirirəm».
Birlik sədri «Qaradağ Sement» ATSC-nin fəaliyyətindən danışarkən maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, şirkət rəhbərliyi uşaqlara təkcə maddi deyil, həm də mənəvi qayğı göstərir. Onun sözlərinə görə, «Qaradağ Sement» ATSC-nin baş direktoru Hore Andrian və xanımı tez-tez Bərpa Mərkəzinə gələrək, uşaqların problemlərilə maraqlanır, onlara nəvaziş göstərirlər: «Şirkət rəhbərliyi bayramlarda hər bir uşağı ayrıca təbrik edir, onlara qiymətli hədiyyələr bağışlayırlar».
«Dircəliş» İqtisadi Araşdırmalar Cəmiyyətinin sədri Vasib Sadıqov da «Qaradağ Sementin» dəstəyindən razıdır. Vasib müəllim dedi Ki. Məhz «Qaradağ Sement» ATSC-nin dəstəyilə yaradılan «Sosial Reabilitasiya Mərkəzində» Sahil qəsəbəsində yaşayan nisbətən aztəminatlı ailələrə məxsus 11-ci sinif şagirdləri və 11-ci sinifi bitirmiş məzunların riyaziyyat, fizika, kimiya, bialogiya fənnləri üzrə biliklərini artırmaq və onların ali məktəb və texnikumlara daxil olmasına köməklik göstərməkdən ibarətdir: «Sahil qəsəbəsində yaşayan imkansız ailələrin uşaqlarnıı bir sıra vacib fənnlər üzrə pulsuz təlimlərlə əhatə etmək onların bilik səviyyəsini artırmaq, təlim prossesində qazanılmış bilik səviyyələrini aralıq və yekun test imtahanları vasitələri ilə qiymətləndirilməsinə nail olmaq üçün bu layihənin icrasına başladıq. Layıhənin yerinə yetirilməsi nəticəsində kurslarla əhatə edilmiş qəsəbə sakinlərinin 20-25%-nin ali məktəblərə və orta ixtisas məktəblərinə daxil ola bildilər».
V.Sadıqov həmçinin bildirdi ki, 2006-cı ildə «Qaradağ Sement» Açıq Tipli Səhmdar Cəmiyyəti ilə «Dirçəliş» İqtisadi Araşdırmalar Cəmiyyəti arasında «Sahil qəsəbəsində işsizlər üçün Sosial Reabilitasiya Mərkəzinin yaradılması və işsizliyin aradan qaldırılmasına kömək» layihəsinin maliyyələşməsinə dair müqavilə bağlanmış və layihə həyata keçirilməyə başlanmışdır.
Layihə çərçivəsində sərbəst iş yerlərinin monitorinqinə başlanmışdır. Monitorinqlər çərçivəsində sərbəst iş yerlərinə malik şirkətlər aşkar edilmiş və onlarla əlaqələr qurulmuşdur. Qəsəbə sakini olan gənclər arasında monitorinqlər aparılmış, işlə təmin olunmaq istəyən qəsəbə gəncləri seçilmiş, onlardan 180 nəfəri «İşçi heyətin maarifləndirilməsi» üzrə təlimlərlə əhatə edilmişdir.
Təlim materialları «İşçi heyətin maarifləndirilməsi» adlı kitab formasında çap edilmiş və iştirakçılar arasında pulsuz paylanmışdır. Bakı şəhəri ərazisində sərbəst iş yerləri üzrə monitorinqlərin aparılması daha əhatəli səviyyədə həyata keçirilmişdir. Sərbəst iş yerlərinin formalaşması üzrə Bakı şəhərinin spesifik xüsusiyyətlərini nəzərə alaraq bu monitorinqlər ofis ehtiyacları, xidmət, yeni texnologiyalar və innovasiyalar sahələrini əhatə etmişdir.
Layihə çərçivəsində işə düzəlmə üzrə təlimlər almış 78 nəfər qəsəbə sakini yeni iş yerlərinə istiqamətləndirilmiş və onlardan 43 nəfəri işlə təmin edilmişdir.
Sonda “Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyətinin prezidenti bildirdi ki, “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin maliyyə dəstəyi ilə Sahil qəsəbəsində yaşayan az təminatlı ailələrin üzvü olan 11-ci sinif şagirdləri və ötən il məktəbi qurtarmış 11-ci sinif şagirdləri, ali və orta ixtisas məktəblərə qəbul imtahanlarında iştirak edən, lakin həmin ali və orta ixtisas məktəblərinə daxil olmayan məzunlar üçün fizika, kimya, riyaziyyat, biologiya,ingilis dili fənləri üzrə daha bir pulsuz kurslar təşkil edirlər. Birinci layihə çərçivəsində “Qaradağ Sement” ATSC -nın maliyyə dəstəyi ilə “Dirçəliş” İAC-nin Sahil Biznes Resurs Mərkəzində “Sosial Reabilitasiya Mərkəzi” yaradılmış, həmin Mərkəz avadanlıqlarla təchiz edilmiş, Mərkəzdə Sahil qəsəbəsində yaşayan az təminatlı ailələrin üzvlərinə isə düzəltməyə dair treninqlər keçirilmiş və 120 nəfər treninqdə iştirak etmiş 70 nəfər qəsəbə sakini layihənin təsiri nəticəsində öz peşə və bacarığına uyğun ış yeri tapmış və işlə təmin edilmişdir.
Keçən il həyata keçirilən ikinci layihədə isə 48 nəfər layihə iştirakçısının fizika-riyaziyyat, kimya, biologiya fənləri üzrə bilikləri daha da möhkəmləndirilmiş onların 16 nəfəri müxtəlif ali məktəblərə müvəfəqiyyətlə qəbul imtahanı verərək tələbə adı qazanmışlar.
Bu layihə çərçivəsində də nəzərdə tutulan kurslar “Sosial-Reabilitasiya Mərkəzində” həyata keçirilir. Kursları öz sahələrində təcrübəli pedaqoqlar olan fizika-riyaziyyat, kimya, biologiya elmləri namizədləri və təcrübəli ingilis dili müəllimi aparırlar. Az təminatlı şagirdlər və məzunlar üçün təşkil edilən pulsuz kurslar qəbul imtahanlarına qədər davam edəcəkdir. Bu layihədə də kursların keçirilməsi kiçik qruplar şəklində təşkil edilir ki, kurs iştirakçılarının uyğun fənləri qavrama qabiliyyətləri yuxarı olsun.
Seymur Vaqifoğlu