Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : Azərbaycanın elmi diasporunun portalı yaradılıb

  Sayta qoyulub: 15:10 03.03.2010 (290 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın elmi diasporunun portalı yaradılıb

Bu gün Bakıda Azərbaycanın elmi diasporuna həsr olunmuş internet-portalın təqdimat mərasimi keçirilib. Hələlik www.elmidiaspora.internet.az ünvanında yerləşən resurs Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) qeyri-hökumət təşkilatı tərəfindən bir sıra dövlət strukturlarının dəstəyi ilə hazırlanıb.

Layihənin məqsədi xaricdə yaşayan azərbaycanlı alimlər, tədqiqatçılar, müasir texnologiya sahəsində qabaqcıl mütəxəssislər haqqında informasiya-analitik məlumat bankının yaradılması, Azərbaycanda yaşayanlar üçün xaricdəki görkəmli həmvətənləri haqqında bilmələrinə köməkliyin göstərilməsi, onların təcrübəsinin elm və texnikanın inkişafında istifadə olunmasıdır.
Həmçinin layihə müxtəlif ölkələrdə yaşayan elmi diaspor nümayəndələri ilə əlaqələrin yaradılması, eləcə də Azərbaycanın dünya səviyyəsində təqdim olunması işində səylərin bir araya gəlməsi məqsədini daşıyır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Mili Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bu cür portalın əhəmiyyətindən danışaraq yeni texnologiyaların dünya üzrə əlaqələrin qurulmasında böyük rol oynadığını qeyd edib, eləcə də ölkədə internet-resursların sayının durmadan artdığını və bunun informasiya texnologiyalar sahəsinin inkişafından irəli gəldiyini vurğulayıb.
Xüsusi olaraq elmi diaspor üçün yaradılmış bu portal Azərbaycan elminin inkişafına xidmət edə bilər, gənc alim və mütəxəssislər təcrübənin öyrənilməsi, yaşadıqları ölkələrdə özlərini tanıtmış Azərbaycan nümayəndələri ilə əlaqələrin qurulmasında resursdan yararlana biləcəklər, - M. Kərimov bildirib.
Portal layihənin əlaqələndiricisi, AKTAM-ın direktoru Natiq Əhmədov təqdim edib.
Hələ ki təkcə Azərbaycan dilində fəaliyyət göstərən portalın gələcəkdə İngilis dilli versiyası da yaradılacaq. Wikipedia onlayn-ensiklopediyası nümunəsi üzrə işlənib hazırlanmış portalda istifadəçi tərəfindən öz səhifəsində məlumat yerləşdirmək və əlavə etmək imkanı var. Qeyd etmək lazımdır ki, resursda artıq bir sıra elm adamları qeydiyyatdan keçib.
Təqdimatdan sonra çıxış edən Azərbaycan elm dairələrinin, eləcə də dövlət strukturlarının nümayəndələri bu cür resursun yaradılmasını müsbət qiymətləndirib və layihə üzərində işləyən alimlər qrupuna uğurlar arzu ediblər. Ən əsası isə çıxış edənlər layihənin məqsədinə çatmaqda, yəni yaşadığı ölkədən asılı olmayaraq Azərbaycan elminin nümayəndələrinin bir araya gəlməsi üçün virtual məkanın yaradılmasına köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829