Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Murad Arif "Eurovision" mahnılarından narazı qaldı

  Sayta qoyulub: 15:45 03.03.2010 (122 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


"Eurovision-2010" mahnı müsabiqəsi üçün dünən "Buta Palace"da keçirilən milli finalda iştirakçıların səsləndirdiyi mahnılar demək olar ki, tamaşaçıları qane etmədi. Milli final mərhələsini canlı və televiziya vasitəsilə izləyən tamaşaçılar mahnılarda millilik olmadığını bildirirlər.

Dünən keçirilən tədbirdə isə narazılıq o həddə çatmışdı ki, tamaşaçılar "Buta Palace"a gələn jurnalistlərə yaxınlaşıb narazılıqlarını bildirirdilər. Tamaşaçılar arasında olan bəstəkar və tanınmış aparıcı Murad Arif də var idi. O, mahnılarla bağlı öz iradlarını ANS PRESS-lə bölüşüb.

“Mən çox təəssüflənirəm. Artıq 3 ildir ki, müsabiqəyə təqdim etdiyimiz mahnılarda Azərbaycanın caz, muğam, klassik, estrada, ozanını hiss etdirə bilmirik”, deyə M. Arif qeyd edib. O əlavə edib ki, bunu bizim əvəzimizə mənfur düşmənlərimiz olan ermənilər edir.

“Milli final mərhələsində iştirakçıların Osloya gedəcək namizəd kimi təqdim etdikləri hər bir mahnını çox asanlıqla Polşanın, Almaniyanın, İngiltərənin, Danimarkanın adından təqdim etmək olar. Bu mahnıların heç bir notunda, heç bir nəfəsində və alətlərində Azərbaycan kaloritinə aid heç nə yoxdur", deyə Murad Arif qeyd edib.

Onun sözlərinə görə, bu mahnılarla müqayisədə ermənilər musiqi alətlərimizdən daha yaxşı istifadə ediblər. “Məgər, zurna, balaban pis alətlərdir? Sazı Avropa ilə uyğunlaşdırmaq olmur? O boyda Vaqif Mustafazadə Azərbaycan aləti olmayan fortepianoda muğamı ifa etmişdi. Biz ingilis ritmləri üzərində sazımızdan, tarımızdan istifadə edə bilmirik. Bilmiriksə, niyə bilmirik?”, deyə aparıcı vurğulayıb.

Murad Arif bu sözləri ilə heç kimi ittiham etmədiyini söyləyərək bəstəkarlara da mesaj göndərib: “Qoy bütün günü səhərdən axşama kimi sinəsinə döyən peşəkar bəstəkarlar utansın!”.

Qeyd edək ki, “Eurovision-2010” mahnı müsabiqəsinin milli final mərhələsində iştirakçılar beş əcnəbi bəstəkara məxsus “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnıları səsləndi. Adıçəkilən mahnılardan “Drip Drop” hər üç ifaçının ifasında səsləndi. Final mərhələsinin sonunda Osloya gedəcək mahnının adı açıqlanmasa da, qalib Səfurənin məhz bu mahnı ilə çıxış edəcəyi gözlənilir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930