Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : ARDNŞ prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın enerji nazirini qəbul edib

  Sayta qoyulub: 14:28 03.03.2010 (241 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın enerji nazirini qəbul edib

Bu gün Azərbaycan Dövlət Nefti Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Böyük Britaniyanın enerji naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iki ölkə, eləcə də Azərbaycan və Britaniya şirkətləri arasında yüksək səviyyəli münasibətlərin yarandığını vurğulayan R.Abdullayev ölkədə xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını bildirib və qeyd edib ki, bütün xarici tərəfdaşlar kimi Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında işgüzar münasibətlər yaranıb və bu, enerji sahəsində tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

Öz növbəsində, Böyük Britaniyanın enerji sahəsində planlaşdırılan işlərdən danışan L.Hunt Xəzər dənizinin enerji ehtiyatlarının, xüsusilə təbii qazın Avropaya nəqli istiqamətində Azərbaycanda görülən işlərlə maraqlanıb.

Son illər Azərbaycanda qaz hasilatının artırılması və qazın nəqli sahəsində həyata keçirilən enerji layihələri haqda qonaqlara məlumat verən ARDNŞ prezidenti qısa müddətdə neft-qaz ixracı marşrutlarının diversifikasiyasına nail olunduğunu xüsusi vurğulayıb və qeyd edib ki, hazırda Azərbaycanda hasil olunan təbii qaz 4 ölkəyə (Gürcüstan, Türkiyə, Rusiya və İran) ixrac olunur, müəyyən həcmdə qaz isə Türkiyədən Yunanıstana nəql edilib. Azərbaycan təbii qazının Avropaya nəqli perspektivlərinə toxunarkən «Cənub Enerji Dəhlizi» layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edən R.Abdullayev «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya və Trans-Adriatik boru kəmərləri layihələri üzrə tərəfdaşlarla səmərəli iş aparıldığını bildirib. R.Abdullayev «Şahdəniz» layihəsinin işlənilməsinin II fazasına hazırlığın qrafikə uyğun davam etdiyini, Bolqarıstan və Rumıniya ilə sıxılmış qazın ixracı ilə bağlı memorandumlar imzalandığını da nəzərə çatdırıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829