Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : “flydubai” Körfəz ölkələrindəki çatma məntəqələrinin sayını iki dəfə artıraraq dördə çatdırdı

  Sayta qoyulub: 14:21 03.03.2010 (360 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

“flydubai” Körfəz ölkələrindəki çatma məntəqələrinin sayını iki dəfə artıraraq dördə çatdırdı

Dubayın ilk qənaətli aviaşirkəti olan “flydubai” şirkəti Körfəz Ölkələri Şurasını əhatə edən marşrutları əlaqələndirəcəyini bəyan edib. Bu isə 2010-cu ilin “flydubai” şirkəti üçün çatma məntəqələri haqda elanlarla zəngin olacağı deməkdir.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Küveyt və Məsqət şəhərləri “flydubai” şəbəkəsinə qatılaraq şirkətin uçma məntəqələrinin sayını on üçə çatdıracaq. Hər iki şəhərə təşkil ediləcək gündəlik səfərlər isə biznes və istirahət məqsədi ilə uçuş edən sərnişinlər arasında populyar olacaq. Məsqətə uçuşlar Martın 28-dən, Küveytə uçuşlar isə Martın 30-dan həyata keçirilməyə başlayacaq.

“flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: “Körfəz Ölkələri Şurasının güclü şəbəkəsi “flydubai” şirkətinin bu regiondakı strategiyasının ana xəttidir. Məhz buna görə də Küveyt və Oman təbii olaraq bizim növbəti çatma məntəqəmiz kim seçilib. Hər iki ölkə Birləşmiş Ərəb Əmirliklərinin dostudur və biz qənaətli qiymətlərə görə xidmət təklif etməklə əlaqələrimizi daha da gücləndirməyə sadiq olduğumuzu göstəririk. Biz hər iki ölkənin hakimiyyəti ilə yaxından çalışdıq və onların bizə verdikləri kömək və dəstəyi yüksək qiymətləndiririk. Biz onlarla işləməyi davam etdirmək və bütün tərəfləri qane edəcək xidmətlər göstərmək niyyətindəyik”.

Dubaydan Küveytə uçuşlar gündə iki dəfə olacaq. FZ053 və FZ061 reysi ilə uçacaq təyyarələr Dubayı saat 07.05-də və 19.15 tərk edəcəklər və müvafiq olaraq Küveytə yerli vaxttla saat 07.55-də və 20.05-də enəcəklər. Cavab ucuşları da elə həmin gün həyata keçiriləcək. FZ054 və FZ062 resyləri ilə cavab uçuşu edəcək təyyarələr Küveyti saat 08.40-da və 20.50-də tərk edəcək və müvafiq olaraq Dubaya 11.20-də və 23.30-da enəcəcklər.

Dubaydan Omana da uçuşlar gündə iki dəfə olacaq. FZ043 və FZ045 reysi ilə uçacaq təyyarələr Dubayı saat 06.25-də və 16.25 tərk edəcəklər və müvafiq olaraq Omana yerli vaxtla saat 07.25-də və 17.25-də enəcəklər. Cavab ucuşları da elə həmin gün olacaq. FZ044 və FZ046 reysləri ilə cavab uçuşu həyata keçirən təyyarələr Omanı saat 08.10-da və 18.10-də tərk edəcək və müvafiq olaraq Dubaya 09.10-da və 19.10-da enəcəklər.

“flydubai” şirkətinin mövcud 11 uçuş məntəqələri bunlardır: Bakı – Azərbaycan, Beyrut – Livan, Əmman – İordaniya, Dəməşq və Aleppo – Suriya, İsgəndəriyyə - Misir, Cibuti – Afrika, Doxa – Qətər, Xartum – Sudan, Bəhreyn və Katmandu – Nepal.

“flydubai” şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə sizin çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir.

Sərnişinlər cəmi 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. Aeroportda yoxlanılmış baqaj onun üçün ayrılan yerə görə ciddi müzakirə obyektidir. Məhz bu səbəbdən sərnişinlərə qabaqcadan hər şeyi online şəkildə sifariş verməsi tövsiyə olunur. Bununla Siz bagajınız üçün yer təmin etmiş olursunuz, belə ki, yalnız öncədən alınmış baqaja təminat verilir.

Nominal olaraq əlavə 1 ABŞ dolları 50 sent ödəməklə sərnişinlər təyyarədə öz yerlərini seçə bilər və cəmi 13 ABŞ dolları ödəməklə ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Sifariş olunmuş biletlərin təbii ki, biletlər arasındakı fərqlər nəzərə alınmaqla kiçik bir məbləğə dəyişdirilməsi mümkündür. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər.

“flydubai” şirkəti Beynəlxalq Dubay Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829