Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : ADP evləri sökülən vətəndaşların hüquqlarının təmin olunmasını tələb edir

  Sayta qoyulub: 13:01 03.03.2010 (239 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    ADP evləri sökülən vətəndaşların hüquqlarının təmin olunmasını tələb edir

Azərbaycan Demokrat Partiyası (ADP) mənzili sökülən Bakı sakinlərinin müdafiəsinə qalxıb. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bakının mərkəzində mənzillərinin sökülməsi müqabilində normal kompensasiya ala bilmədiklərinə görə narazı olan vətəndaşların problemi ilə əlaqədar partiyanın mövqeyini açıqlayıb:

“Fizuli küçəsində yaşayan vətəndaşların mənzillərinin sökülməsi ilə bağlı yaranmış vəziyyət bizi həqiqətən də ciddi şəkildə narahat edir və bu insanların dövlət qurumlarının ədalətsiz münasibətinə məruz qoyulmasını qətiyyətlə pisləyirik. Vətəndaşların meydanda tək qalması, lazım olan hüquqi və təşkilati prosedurları yaxşı səviyyədə həyata keçirə bilməməsi, onların hüquqlarının müdafiəsinə deputatların, bələdiyyə üzvlərinin, habelə hüquq-müdafiə işləri ilə məşğul olan QHT-lərin qoşulmaması isə onu göstərir ki, burda artıq təkcə hüquqların pozulması deyil, həm də onların qorunması uğrunda heç bir təşkil olunmuş mübarizənin olmaması problemi də mövcuddur.
Mövcüd vəziyyətin artıq müəyyən bir müddətdə davam etməsinə baxmayaraq yüksək rütbəli hökumət mənsublarının, xüsusilə də vətəndaşın hüququnun təsbit olunduğu Konstitusiyanın təminatçısı olan respublika prezidentinin və ya onun aparatının bu məsələyə reaksiya verməməsi isə daha acınacaqlı faktdır.
Ümumiyyətlə, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına dair bu cür halların son vaxtlar artması isə onu təsdiq edir ki, əksər vətəndaşlarımızın düşündüyünün əksinə olaraq beynəlxalq hüquqda və Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları bir tamdır və ölkədə siyasi hüquqların davamlı pozulmasına qarşı vətəndaş müqavimətinin zəifliyi son nəticədə hər bir vətəndaşın şəxsi həyatında böyük bir problem kimi meydana çıxır. Ona görə də bu cür problemlərdən universal çıxış yolu hər bir vətəndaşın ölkənin siyasi problemlərinə həssas yanaşması, seçkilərdə fəal olması, biləvasitə özünə aid olmamasına baxmayaraq başqa vətəndaşların hüquqları pozulduqda buna mümkün forma və üsullarla reaksiya verməsindən və siyasi baxımdan təşkilatlanmasından ibarətdir”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829