Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




MƏDƏNİYYƏT : Azərbaycanı “Eurovision - 2010"da Səfurə Əlizadə təmsil edəcək

  Sayta qoyulub: 12:35 03.03.2010 (132 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto


Martın 2-də Bakıdakı "Buta Palace" sarayında Azərbaycanın “Eurovision - 2010" mahnı müsabiqəsindəki ifaçısının seçilməsi üçün milli final konserti keçirilib.

Milli final konsertində Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu mübarizə aparıb. Onlardan yalnız biri Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision - 2010" müsabiqəsində təmsil etmək hüququ qazanacaqdı.
Milli final konsertində iştirakçılar beş əcnəbi bəstəkara məxsus“Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa ediblər.

Münsiflərin gərgin müzakirələri və səsverməsindən sonra Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli münsiflər adından yekun qərarı elan edib. Səsvermə nəticəsində milli finalın qalibi Səfurə Əlizadə olub.

“Eurovision - 2010" mahnı müsabiqəsi bu il mayın 29-də Norveçin paytaxtı Osloda keçiriləcək.

“Eurovision” müsabiqəsinin finalına çıxmaq uğrunda iştirakçılar iki yarımfinal qrupunda mübarizə aparacaq.

25 mayda 1-ci yarımfinal qrupunda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, İslandiya, Moldova, Malta, Portuqaliya, Makedoniya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Estoniya yarışacaq.

27 mayda 2-ci yarımfinal qrupunda İsveçrə, Litva, Gürcüstan, Türkiyə, İslandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland (Hollandiya), Bolqarıstan, Xorvatiya, Danimarka, Azərbaycan, Kipr, Rumınıya, İsrail, Ermənistan yarışacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:


Çap variantı  Dosta göndər


Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930