Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Elçin Mirzəbəyli: "İran hakimiyyəti Azərbaycana yaxın qonşuluq münasibəti sərgiləmir"

  Sayta qoyulub: 16:33 02.03.2010 (258 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  Elçin Mirzəbəyli: "İran hakimiyyəti Azərbaycana yaxın qonşuluq münasibəti sərgiləmir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İranın rəsmi dövlət teleradio birliyinə (İRİB) daxil olan və yalnız ölkədən xaricə yayımlanan “Səhər-2” telekanallar şəbəkəsinin Azərbaycana qarşı qərəzli təbliğatına etiraz edib.

BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yaxın günlərdə İran hakimiyyəti ölkənin Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrindən birində “etnik azlıqların problemləri” ilə bağlı konfrans keçirməyi planlaşdırır. Konfransın məqsədi isə Azərbaycan Respublikasının ərazisində yaşayan etnik azlıqların problemlərini “araşdırmaq”dan ibarətdir.

BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirib ki, İran hakimiyyətinin Azərbaycana münasibətdə yürütdüyü siyasət yaxın qonşuluq prinsiplərinə uyğun gəlmir: “İranın Azərbaycan ərazilərini işğal edən Ermənistana hərtərəfli yardım göstərməsi, təcavüzkar ölkə ilə ortaq layihələr həyata keçirməsi sübuta yetirir ki, bu ölkə beynəlxalq hüququn təməl prinsiplərindən üz çevirməklə yanaşı, islami dəyərlərdən də uzaqlaşıb. Dünyanın bütün sivil ölkələri ilə, beynəlxalq birliklə qarşı-qarşıya dayanan İran rejimi Azərbaycan əleyhinə siyasət yürütməklə sanki diqqəti öz çoxsaylı problemlərindən yayındırmağa çalışır”. BAXCP katibinin qənaətinə görə, İranın Azərbaycana qarşı siyasəti gündən-günə aqressivləşir və təhlükəli hal alır: “Azərbaycan hökuməti İran rejiminin ölkəmizə qarşı həyata keçirdiyi təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət etməli və dünya ictimaiyyətinin diqqətini rəsmi Tehranın provokasiyalarına yönəltməlidir”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829