Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Milli Məclis martın 5-də ombudsmanın seçilməsi məsələsinə baxacaq

  Sayta qoyulub: 14:21 02.03.2010 (300 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis martın 5-də ombudsmanın seçilməsi məsələsinə baxacaq

Milli Məclisinin növbəti iclası martın 5-də keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, iclasının gündəliyinə 13 məsələ daxildir.

Müzakirəsi nəzərdə tutulan məsələlər aşağıdakılardır. 1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. “2007-ci il yanvarın 1-də Avropa İttifaqına daxil olmuş Bolqarıstan Respublikasının və Rumıniyanın yeni statusu ilə bağlı “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtə-rəfli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında” Əsas Çoxtərəfli Sazişə dair gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavəyə əlavələr edilməsi haqqında”Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. ”Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamədə, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamədə və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizam-naməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik-lər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

10. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

12. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13. Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829