Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Mərkəzi Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb

  Sayta qoyulub: 13:37 02.03.2010 (227 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb

Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 1,3% azalaraq 5 milyard 74 milyon 500 min ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir ay ərzində Bankın valyuta ehtiyatı 65 milyon dollar azalıb.

Yeni ilin 2 ayı ərzində Mərkəzi Bank ehtiyatını 2% və ya 101,1 milyon dollar itirib. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə fevralda valyuta ehtiyatı 10% və ya 561,5 milyon dollar azalıb. Ötən ilin fevralında bu göstərici 5 milyard 636 milyon dollara bərabər olub.

Ötən ilin noyabrından başlayaraq valyuta ehtiyatının həcmində azalma müşahidə edilir. Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.

Xatırladaq ki, 2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 15,6% və ya 961,4 milyon dollar azalaraq 5 milyard 139 milyon 500 min ABŞ dollar təşkil etmişdi.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829