Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : ADP Elmar Hüseynovun qatillərinin tapılmasını tələb edir

  Sayta qoyulub: 13:04 02.03.2010 (250 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  ADP Elmar Hüseynovun qatillərinin tapılmasını tələb edir

Mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən 5 il keçdi. Bu qanlı olayın baş vermə səbəbləri və bu günə qədər cinayətkarın tapılıb cəzalandırılmaması məsələsi ilə əlaqədar ADP sədrinin ictimai əlaqələr və mətbuat üzrə müavini Nurəddin İsmayıl MİA-ya açıqlama verib.

Açıqlamada deyilir: “Elmar bəyin qətlə yetirilməsi nəinki Azərbaycanda, eləcə də bütün dünyada kəskin etirazla və dərin nifrətlə qarşılanan qanlı bir hadisə idi. Qətli doğuran səbəblər haqqında bir sıra versiyalar dolaşmasına baxmayaraq biz bu suiqəsdin arxasında ilk növbədə Elmarın rejimlə barışmayan jurnalist mövqeyinin ziddinə olan qüvvələrin izini görürük. O qüvvələrin ki, onların saxta və çirkin əməlləri, korrupsiya və rüşvətxorluğu adi həyat tərzinə çevirmələri, səlahiyyətlərindən sui istifadə edən məmurların məişət pozğunluğundan tutmuş, kriminal ünsürlərlə birləşib dövləti icdən dağıtmaq cəhtləri tünd boyalarla Elmarın qələmində əksini tapırdı. Elmar demokratiyanı bayraq edib antidemokratik fəaliyyət föstərən, xalqın sərvətini dağıdıb xalq adından danışan, əxlaqsızlığı ictimai fəaliyyəti ilə uzlaşmayan antipodların qənimi idi və o zümrənin suiqəsd daşıyıcılarının da hədəfinə qurban getdi. Məhz həmin qətldən sonra biz Azərbaycanda azad sözə və düşüncəyə basqıların, həbslərin artan templə davam etməsinin şahidi oluruq.

Bütün bunlara baxmayaraq cəmiyyətdə bu qətlin açılmasına, cinayətkarların və sifarişçilərin tapılıb cəzalandırılmasına olan ümidlər itməyib. 5 il bundan öncə ölkə prezidentinin bu qanlı olayı törədənlərin tezliklə öz cəzasına çatdırılacağı barədə səsləndirdiyi fikirlər həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Fikrimizcə ölkəmizə başaşağılığı gətirən bu hadisənin təşkilatçı və icraçılarını tapıb cəzalandırılmayınca azad sözə və fikir azadlığına qarşı olan təhdidlər və təhlükələr də aradan qalxmayacaq.”

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829