Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırıb

  Sayta qoyulub: 08:07 02.03.2010 (288 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırıb

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gərə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Toplantının əvvəlində İkram İsrafil Milli Məclisin nümayəndə heyəti tərkibində iştirak etdiyi Budapeştdə keçirilmiş beynəlxalq konfrans haqqında məlumat verdi. Arif Hacılı, Qubad İbadoğlu və Tofiq Yaqublunun Azadlıq Naminə Fridrix Nauman Fondunun Tiflisdə keçirilmiş tədbirində iştirakları haqqında məlumatları dinlənildi.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədəki seçkiöncəsi şərait və parlament seçkilərində demokratik qüvvələrin əməkdaşlığı barədə müzakirələr davam etdirilib və konkret qərarlar qəbul edilib. Ölkədəki seçkiöncəsi şəraitin demokratikləşməsi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi, o cümlədən seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, Seçki Məcəlləsində namizədlərin qeydə alınması zamanı depozit qaydasının bərpa olunması, proposional seçki sisteminin bərpa edilməsi, sərbəst toplaşmaq azadlığının bərqərar edilməsi, siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi istiqamətində mart ayından əməli tədbirlərə başlamaq qərara alınıb. Müsavat Partiyası demokratik inkişaf yolunun tərəfdarı olduğunu bəyan etmiş bütün ictimai-siyasi qüvvələri bu istiqamətdə əməkdaşlığa dəvət edir.
Divan eyni zamanda 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı partiyanın son aylarda dəfələrlə bəyan etdiyi mümkün koalisiya təklifini bir daha ictimaiyyətin diqqətinə təqdim edir. Müsavat Partiyası seçkilərdə real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif edir. Nüvəsində Müsavat, AXCP, KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaların dayandığı belə bir birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun hesab edilir.
Divan demokratik ictimaiyyəti görkəmli jurnalist Elmar Hüseynovun xaincəsinə qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı bu günlərdə keçiriləcək tədbirlərdə fəal iştirak etməyə çağırır.

Böyük öndər M. Ə. Rəsulzadənin vəfatının 55-ci ildönümü ilə bağlı tədbir keçirilməsi qərara alınıb. Tədbirdə Aydın Balayevin M. Ə. Rəsulzadə haqqında yeni kitabının təqdim edilməsi nəzərdə tutulur.
Sonda cari məsələlərə baxılıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829