Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : "Aşağı səviyyəli qalmaqallar Bəstəkarlar İttifaqına yaraşmaz"

  Sayta qoyulub: 19:22 28.02.2010 (357 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aşağı səviyyəli qalmaqallar Bəstəkarlar İttifaqına yaraşmaz"

Tahir Əkbər: "O ki qaldı Nadir Əzimovla Nailə xanıma, onların hər ikisi öz peşəsinə yiyələnən bəstəkarlardı. Ola bilsin ki, qərar verməkdə müəyyən qədər tələsiblər. Çalışsınlar ki, bir-birlərinə güzəşt etsinlər, dostluq əli uzatsınlar"

Sənət dünyasında yeni qalmaqal başlayıb. Bu dəfə bəstəkarlar üz-üzə gəliblər. Bəstəkar Nadir Əzimovun həmkarı Nailə Mirməmmədlini plagiatlıqda ittiham etməsinə müğənni Röya dözə bilməyib və kişi bəstəkarın ünvanına sərt danışıb. Bu isə N.Əzimovu müğənnini məhkəməyə vermək məcburiyyətində qoyub. Amma nə hər iki bəstəkar, nə də xanım-müğənni bu barədə hələlik danışmaq istəmir. Bəs görəsən, bu iki sənətkarın söz davası Bəstəkarlar İttifaqında necə qarşılanır? Bəstəkarlar İttifaqının nümayəndəsi, xalq artisti Tahir Əkbər həmkarlarının bir-birlərini ağır ittiham etməsinin kənardan çox pis göründüyünü deyir:

- Bu kimə lazımdı? Başa düşə bilmirəm ki, bəstəkarlar yaranan mübahisəni niyə bu dərəcəyə çatdırırlar? Mənim hər iki şəxsə böyük hörmətim var. Hər iki bəstəkar istedadlıdır, gözəl, sözün həqiqi mənasında xalq tərəfindən sevilən və arzulanan mahnıların müəllifləridir. Nailə xanım isə mənim tələbəm olub. Amma burada müəyyən məsələlər var.

- Hansı məsələlər?

- Yəni eşitdikləri hər bir söhbətə emosional yanaşırlar. Bunun da nəticəsi göz qarşısındadır. Xoşagəlməz proseslər baş verir. Hörmət və pərdə deyilən bir anlayış var. Ona sənət aləmində daha çox yer verilməlidir. Kənardan edilən müdaxilələrə, yersiz söz-söhbətlərə fikir vermək lazım deyil. Hər iki tərəf ağzından çıxan sözlərə, ittihamlara görə məsuliyyət daşımalıdır. Xüsusiylə də mətbuata verilən açıqlamalarla bağlı. Çünki informasiya elə bir şeydir ki, iki nəfərin arasında qalmır, onu hamı oxuyur.
Sənət adamları bilməlidir ki, onların bütün hərəkətlərini xalq görür. İstər haqlı ol, istərsədə haqsız, - dəxli yoxdur. Cəmiyyətin qarşısında hər şeyi danışmaq, xoşagəlməyən çıxışlar etmək olmaz. Bu cür çıxışlarla ancaq özünə ziyan verəcəksən, tamaşaçını itirəcəksən, ən nəhayyət xalqın gözündən düşəcəksən. Bu danışıqları efirə çıxarmaqdansa, görüşüb, problemi iki nəfərin arasında həll etmək mümkündür. Xalqın qarşısına çıxan mübahisəni qətiyyən qəbul etmirəm.

- Müxtəlif janrlarda işləyən bəstəkarların bölüşə bilmədiyi nədir?


- Bilmirəm. Ayrı-ayrı yaradıcılığa malik bəstəkarlardı. Biri digərini ittiham edir, digəri isə ona sərt cavab verir. Əsas məsələ davanın nə üstündə yaranmasıdır. Öncə bunu tapıb üzə çıxarmaq lazımdı. Özü də hər iki tərəf eyni dövrün sənətkarlarıdı. Çox istərdim ki, ara sakitləşsin. Düşünürəm ki, onlar bundan nəticə çıxaracaq. Çünki bu yol heç kəsə uğur gətirmir.

- Amma məsələ məhkəməyə qədər uzanıb.

- Məhkəmələrə o qədər işlər gedib ki... Mən məsləhət görərdim ki, hər kəs öz işi ilə məşğul olsun. Bu qalmaqal sadəcə, onların vaxtını aparacaq. Həmin vaxtı boş yerə itirməsinlər, yaradıcılığa sərf etsinlər. İttiham deyil, hörmət lazımdı. Heç kəs üzünü efirə tutub deməsin ki, "məndən yoxdur". Dünyada bircə insan göstərin ki, qüsursuz olsun. İstər həyatda, istərsədə sənətdə hamımızın nöqsanı var. Elə edək ki, Allah göstərməsin, sabah ağır günümüzdə bir-birimizin üzünə baxa bilək. Əsas məsələ odur ki, bir-birimizin uğurlarına, qazandığı nailiyyətə sevinək.

- Nailə Mirməmmədli və Nadir Əzimov yaradıcılığını tərəziyə qoysan hansı ağır gələr?

- Ümumiyyətlə, hər bir musiqinin öz dinləyicisi var. Musiqinin vaxtı bilinməz. Ani vaxtda gələr. O ki qaldı Nadir Əzimovla Nailə xanıma, onların hər ikisi öz peşəsinə yiyələnən bəstəkarlardı. Ola bilsin ki, qərar verməkdə müəyyən qədər tələsiblər. Çalışsınlar ki, bir-birlərinə güzəşt etsinlər, dostluq əli uzatsınlar. Düşmən mövqeyinə çıxmaq lazım deyil. Əsas odur ki, bu qalmaqalı sağlam rəqabətə çevirsinlər.
Mənim bir müəllimim vardı-Zeynal. Deyirdi ki, "sən rəqibinə sözünlə deyil, əsərlərinlə cavab ver". Şəxsən mən belə edirəm. Kimsə mənə qarşı çıxanda, mən onun qarşısına əsərimlə çıxıram. Deyirəm, qoy mənim əvəzimə əsərim danışsın. Bəstəkar üçün əsas meyar budur.

- Məsələyə Bəstəkarlar İttifaqının mövqeyi necədir?

- Bəstəkarlar İttifaqı ciddi təşkilatdır. Belə qalmaqalların arxasınca hansı təşkilat düşər? İttifaqın bir məqsədi, bir meyarı var-gözəl əsərlər yazılsın və klassik irs təbliğ olunsun. Yersiz intriqalara orda yer yoxdur. Çünki bu ittifaqın təməlini dahi Üzeyir bəy Hacıbəyov qoyub. Dünyada öz sözünü deyən bəstəkarlarımız var. Onların adları bəşəriyyətə qızıl hərflərlə yazılıb. Musiqidə orta mövqelər toqquşa bilər, bu tamam başqa rəqabətdi. Buna görə hara qədər desən getmək olar. Amma belə aşağı səviyyəli qalmaqallar Bəstəkarlar İttifaqına yaraşmaz.

- "Xalq ulduzu" müsabiqəsinin müsiflər heyətində Siz də təmsil olunursuz. "Xalq ulduzu-4" müsabiqəsi artıq başlamaq üzrədir...


- Bəli. Nə qədər bu xalq var "Xalq ulduzu" yarışması da davam edəcək. Yaxşıların yaxşısını seçib cəmiyyətə təqdim edəcəyik. Müsabiqəyə güclü axın başlayıb. Bütün bölgələrdən gələnlər var. Gələnlərin arasında istedadlılar daha çoxdur. Öhdəmizdə isə bir iş var-onları seçib xalqa tanıtmaq. İndi sənətin bütün sahələrində gənclərə yaşıl işıq yandırılıb. Bildirim ki, layihədə yeniliklər də olacaq. Amma bu, zamanla açıqlanacaq. O ki qaldı münsiflər heyətinə, bu, layihənin xalqa bir sürprizidir.

- Bəstəkar kimi yarışmada hansı yenilikləri görmək istərdiniz?

- Təkliflər çoxdur. Artıq bu layihə xalq tərəfindən formalaşıb. Canlı ifa, canlı musiqi... Ola bilsin ki, gələcəkdə tərkib bir az da genişlənsin. Münsiflər heyətində şair, dilçi də olsun.

- "Xalq ulduzu" vasitəsiylə cəmiyyətə 50-yə yaxın istedad təqdim etdiniz. Amma bu gün xalqın yaddaşında onların 3-5-i qalıb.

- Buna səbəb fəaliyyətsizlikdir. Sənətkar olmaq üçün daima axtarışda olmalısan. Bəzilərinin başı qarışıqdı. "Xalq ulduzu-2"də Arif Hüseynovla yaradıcılıq əlaqələrimiz davam edir. Birlikdə "İlk məhəbbət" adlı disk də çıxardıq. İki mahnı istisna olmaqla, mənim 10 mahnım yazıldı. Yeni bir ansambl yaratdım, yavaş-yavaş ölkələrə çıxıram. Əslində yarışma iştirakçılarının efirə çıxmaması üçün müəyyən səbəblər var. Araşdırmaq lazımdı ki, görək, 4 ay efirdə olan və tamaşaçının səsini alan uşaqlar hardadır və nə işlə məşğuldurlar?
Yarışma iştirakçılarından mənə müraciət edənlər çoxdur. Bəstəkarların hər biri "Xalq ulduzu" iştirakçıları ilə işləməyə hazırdır.

- "Xalq ulduzu"nun bölgələrə səfəri nəzərdə tutulubmu?

- Müdiriyyətin bu barədə fikrini bilmirəm. Açığı, buna heç ehtiyac da duymuram. Çünki "Xalq ulduzu"na üz tutanların çoxusu bölgələrdəndir. O vaxtlar axtarıb-aramaq məsələsi vardı. İndi onları bir məkana toplamaq üçün bircə elan bəsdir.

- Unudulmuş və yaddan çıxmış xalq mahnılarına yenidən can verən "Xalq ulduzu" ara mahnılarını sıxışdıra bilmir. Sizcə, buna səbəb nədir?

- Əvvəlki illərlə müqayisədə vəziyyət çox düzəlib. "Xalq ulduzu" bizim incilərdi. Ara mahnıları rəqabətə dözə bilmir. Unudulmuş mahnılar gündəmə gələndən sonra nəinki ara mahnılar, hətta əcnəbi musiqilər də efirlərdən yığışdırılır. Bu məsələdə muğamla yanaşı aşıq musiqisi də rol oynadı. Elə ki bu iki sənət YUNESKO-da qəbul edildi, hamı sanki kökə qayıdış etdi. Bu musiqilər bizim milli sərvətimizdir. Dövlət o boyda Muğam Mərkəzi yaratdı, beynəlxalq müsabiqələr keçirilir. Bunun qarşısında ara musiqisi tap gətirə bilməz. Zamanla ara musiqilər tamam sıradan çıxacaq. İndi biz musiqiçilərin qarşısında bir məqsəd var-zövqləri formalaşdırmaq. Amma bu, bir günün işi deyil. Nəhəng janrların vasitəsiylə zövqlər tezliklə formalaşacaq.

- Bəstəkarlar İttifaqı bununla bağlı hər hansı təkliflər hazırlayıbmı?

- Əlbəttə. Xalq musiqisi təbliğ olunmalıdır. Bəstəkarlar İttifaqının nümayəndəsi, professor Ramiz Zöhrabov mütəxəssis kimi muğam müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hər bir layihədə Bəstəkarlar İttifaqının nümayəndəsi olmalıdır. O zaman nəzarət daha güclü olar. Nəzarət yoxdursa, hər kəs bildiyini edəcək.

Bahar RÜSTƏMLİ

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829