Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Cümşüd Nuriyev elmlər doktoru oldu

  Sayta qoyulub: 16:29 28.02.2010 (609 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümşüd Nuriyev elmlər doktoru oldu

Tanınmış politoloq Cümşüd Nuriyev milli və siyasi proseslər ixtisası üzrə "Siyasi sabitlik: ölkədə aparılan aqrar islahatlar",- mövzusunda elmi iş müdafiə edərək, siyasi elmlər doktoru adına layiq görülüb.
C.Nuriyevin verdiyi məlumata görə, bu iş Azərbaycanda birinci dəfədir ki, işlənib: "Bu iki elmin sintezidir. Aqrar iqtisadiyyat və siyasətşünaslığın sintezi eyni müstəvidə birləşdirilib. Ümumiyyətlə, keçmiş sovet ittifaqında da aqrar islahatların siyasi sabitliyə təsiri işlənməmiş bir mövzudur. Adətən post-klassik və klassik kapitalizmdə islahatlar aparmağa ehtiyac qalmadığına görə, orada siyasi məsələlər daha çox iqtisadi müstəvidə araşdırılır. Amma keçmiş sovet respublikaları uzun müddət sosializm sistemində olub və planlı sovet iqtisadiyyatından bazar iqtisadiyyatına keçiblər. Ölkədə baş verən proseslərdə aqrar sahənin rolu və yeri tədqiq olunmayıb". C.Nuriyev deyib ki, burada daha çox ölkədə aparılan aqrar islahatların hər iki mərhələsi 1993-2003 və 2003-2010-cu ilə qədər olan mərhələ araşdırılıb. İlk dəfədir ki, bu müstəvidə ərzaq təhlükəsizliyi, qida təminatı, sahibkarlığın inkişaf etdirilməsi və Ümumdünya Ticarət Təşkilatına üzv olma ərəfəsi şəraitində Azərbaycanı gözləyə bilən siyasi risqlər araşdırılıb. Eyni zamanda torpaqdan istifadə qaydalarından tutmuş, ekoloji təmiz məhsulun yetişdirilməsinə qədər məsələlər araşdırma mözusu olub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829