Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Müxalifət Müsavata qarşı cəbhə açıb

  Sayta qoyulub: 16:26 28.02.2010 (302 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət Müsavata qarşı cəbhə açıb

Müsavat-AXCP birliyi ətrafında aparılan müzakirələr davam edir. Ancaq AXCP-nin "Azadlıq" blokundakı müttəfiqlərini istəmədiyini açıq şəkildə bəyan edən Müsavat artıq Xalq Cəbhəsinin də "bostanını daşlamağa" başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata açıqlamasında ALP-nin və AXCP-nin ünvanına tənqidi fikirlər səsləndirməsi qarşı tərəfdən müsbət qarşılanmayıb. Belə ki, A.Hacılı "AXCP-nin Müsavatla əməkdaşlığa daha çox ehtiyacı var",- deməsi Xalq Cəbhəsinə minnət vurması kimi anlaşılır. Müsavat yetkilisinin ALP-nin ünvanına səsləndirdiyi fikir daha sərt olub və ALP-ni ciddi siyasi qüvvə kimi qəbul etmədiklərini dilə gətirib.

Məsələylə bağlı açıqlama verən ALP-nin sədr əvəzi Əvəz Temirxan A.Hıcılının fikirlərinin tamamiylə qərəzli olduğunu bildirib: "Onda 2000-ci ildə Müsavat brendi altında 15 partiyadan sonra Arif Hacılının da etirafına görə, ikinci yeri tutmuş partiya ALP deyildi, bəs hansı partiya idi? 2003-cü ildə ALP-nin lideri prezident seçkilərində heç bir müttəfiqsiz, heç bir xarici maliyyə dəstəyi olmadan ilk üçlükdə bərqarar olmuşdu. Əgər klassik mənada ALP adlı partiya yoxdursa, 2005-ci ildə 70 namizədi ilə müstəqil olaraq YAP-la bərabər partiya kimi seçkiyə qoşulan ALP deyildimi? O 70 namizəddən 12-nin qalib gəldiyi partiyanın adı ALP deyildi, bəs nə idi? Saxtakarlığa etiraz əlaməti olaraq və Müsavatın deputatlarından fərqli olaraq, mandatdan imtina edən Lalə Şövkət hansı partiyanın lideri idi? Bütün bunlardan sonra Arif Hacılının ALP-yə bu cür yanaşması qərəzdən başqa bir şey deyil".
ALP yetkilisi də öz növbəsində Müsavatın "damını daşlamağı" unutmadı: "Bəli, Müsavat Partiyası nə vaxtsa güclü olub. Xalq Hərəkatından çıxmış, hakimiyyət tərkibində formalaşmış bir partiya kimi güclü olub. Amma təəssüf ki, bu, keçmişdə qalıb. Mən istərdim ki, Müsavat güclü olsun, amma onun gücü keçmişdədir. 2005-ci ildən bu yana Müsavatın gücünü kim və harada görüb? Əgər kimsə klassik mənada Müsavatın gücünü hardasa görübsə, mənə izah etsin",- deyən Ə.Temirxanın sözlərinə görə, heç kim belə bir misal göstərə bilməz, ona görə ki, heç bir gücdən söhbət gedə bilməz.

Müsavatın ALP ilə əməkdaşlıq etmək istəməməsinin səbəblərinə gəlincə, Əvəz bəy deyib ki, artıq Müsavat rəhbərliyinin müxalifət çərçivəsində sözü keçmir. Onun fikrincə, Müsavat rəhbərliyinin 2003, 2005-ci illərdə tutduğu cəsarətsiz mövqe onların cəmiyyətdə sözünün qəbul olunmamasına gətirib çıxarıb: "Lalə Şövkətin, Əli Kərimlinin, Əli Əliyevin sözü Müsavat liderindən fərqli olaraq, cəmiyyətdə prinsipial müxalifət mövqeyi kimi qəbul olunur. Bu isə bizim opponentə çevrilmiş həmkarlarımızda qıcıq yaradır. Seçki ilində bu qıcığın güclənməsi göz qabağındadır. Artıq bunu Müsavatın sıravi üzvləri etiraf edir və bildirirlər ki, rəhbərliyin saldığı qalmaqala görə xəcalət çəkirlər. Təəssüf ki, Müsavat rəhbərliyi seçki ilinə müxalifətdaxili qalmaqalla başladı. Qədim Romada bir deyim var: Bu, kimin xeyirinədir. Təbii ki, bu, hakimiyyətin xeyrinədir. Əməkdaşlığa gəlincə, ALP əməkdaşlıq etmək üçün Müsavata minnətçi düşəsi deyil".

AXCP sədrinin müavini Razi Nurullayev münasibətlərin daha da gərginləşməməsi üçün bir qədər ehtiyatlı ifadələr seçərək mövqeyini bildirib: "AXCP ilə Müsavat Azərbaycan müxalifətinin ən önəmli partiyalarındadır. Bu mənada hər iki partiyanın bir arada olması olduqca vacibdir. Hesab edirəm ki, bu iki qüvvənin qarşı-qarşıya olması 2010-cu ilin itirilməsi olar. Ona görə də, Müsavat Partiyası, AXCP, o cümlədən "Azadlıq" bloku və digər müxalifət partiyaları bir yerdə olmağa məhkumdurlar. Çünki 2010-cu ilin taleyi müxalifətin birliyindən keçir. Eyni zamanda onu da qeyd edim ki, Müsavatın və AXCP-nin olmadığı müxalifət birliyi bir o qədər də güclü görünmür. Partiya sədri Əli Kərimli səy göstərir ki, müxalifətin birliyi təmin olunsun. Hətta bəzi jurnalistlər prosesləri qızışdırıb, iki partiya arasında nifaq salmağa çalışırlar. Yaxşı ki, həm Müsavat, həm də AXCP yetkililəri bütün məsələlərə dözümlü və təmkinli yanaşırlar. Bu səbəbdən də partiya sədri müxtəlif fikirlərə münasibət bildirmir və mümkün qədər dözümlü yanaşır. Bizim susmağımız, deyilənlərə təmkinlə yanaşmağımız müxalifətin birliyini istəməyimizlə bağlıdır. Ancaq bu təmkinin də sonu olacaq".
"AXCP-nin Müsavatla bir yerdə ola bilməməsi sizin üçün problemdirmi",- sualına gəlincə, R.Nurullayev burada heç bir faciə olmadığını deyib. Onun sözlərinə görə, birliyin olmaması Azərbaycan xalqı üçün faciədir, ona görə də bunu istəmirlər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829