Yaxud Məhəbbətin "qüdrətini mən belə bilməmişdim"
Ötən həftə "Ay Zaur"un təmtəraqlı kameraları müğənni Məhəbbət Kazımovun evində quruldu. Müğənninin qonaqlarına da söz olmazdı. Elə biri Dədə Süleyman. Ağzını açıb, əlini qulağının dibinə qoymağı bəsdir, bir dəsmal lazımdır ki, gözünün yaşını silməyə. Zaur Kamalın niyyəti isə tam başqaydı-çoxdandır bu evdən küsüb-inciyən, qapını birdəfəlik çırpıb gedən müğənnini nəyin bahasına olursa-olsun geri qaytarmaq.
Yəqin ki, söhbətin kimdən getdiyini başa düşdünüz. Bir zamanlar Məhəbbət Kazımovla duet ortağı kimi toylarda yan-yana, üz-üzə durub ürəkdən sevgi nəğmələri oxuyan Könül Kərimova. Sözün düzü, Zaur küsülülərin barışması üçün çox cəhd etdi, amma neyləsin ki, qarşı tərəf bu dəvətə sərt reaksiya verdi: "Zaur, mənim işim var, gəlmirəm", - deyib telefonunu Zaurun üzünə qapatdı. Əslində isə Könül xanım telefonu Məhəbbətin üzünə qapadı.
Həmin anda tamaşaçıların çoxunda müğənni xanıma qarşı nifrət oyandı. Könülün bu hərəkətini hərə öz istədiyi kimi yozdu. Bir qismi isə "gərək Könül Məhəbbət Kazımovun ailəsinin xatirinə bu dəvəti qəbul edəydi", - dedi. Elə biri mən özüm. Dedim ki, bütün olanlara baxmayaraq bir elli-güllü kimi, xanım sənətçi gərək, edilən dəvətdən imtina etməyəydi. Ən azı həmkarını ailəsi yanında utandırmayaydı.
Amma istər efirdə, istərsədə xalqın qarşısıda "sığallı-sığallı" danışıb, həmkarlarına ağıl öyrədən Məhəbbət Kazımovun başıma gətirdiklərini görəndə Könül Kərimovaya haqq qazandırdım. Xanım müğənni Məhəbbət Kazımovaya yerində edib. Bu cür "mədəniyyət" sahibi olan sənətçi ilə nəinki eyni səhnəni bölüşmək, heç Allahın salamını da verib-almaq düzgün deyil.
Həzarət yaxın oturun, müğənninin "mədəniyyət"inin siz də şahidi olun. Əhvalat belə olub. "Ay Zaur"da Məhəbbət Kazımovun "pərt olduğunu" gördükdə onunla görüşüb söhbətləşmək istədim. Məhz bu məqsədlə ona telefon açdım. Məsələdən xəbardar olan müğənni "noolar, sabah saat 12-13 radələrində mənə zəng et. Görüşəcəyimiz ünvanı bildirim". Səhər dediyi vaxtda ona zəng etdim. Dəstəyi götürmədi. Az sonra özü məni arayıb görüşəcəyimiz ünvanı bildirdi. Məkan 9-cü mikrarayon idi: "Bir saata kimi dediyim ünvanda olarsan". Tələm-tələsik həmin ünvana yollandım. Qaranəfəs özümü çatdırdım. Amma ətrafa baxıb, soruşanda gördüm ki, Kazımovdan əsər-əlamət belə yoxdur. Məkan sahibləri dedi ki, "Məhəbbət sizin gəldiyinizi bilir"? Dedim ki, hə, görüş yerini özü təyin edib. Dedilər ki, "baxın da, bizən demək".
Söz verib, yəqin indi gələr,- deyə mənə tanış olmayan ünvanda gəzişməyə başladım. Havada sərt soyuq. Aram-aram yağış damcıları da göz çıxarır. əhayyət, onun gəlmədiyini görüb telefona əl atdım. Məhəbbət müəllim, mən öldüm axı. ə qədər gözləyəcəm,- demişdim ki, aldığım cavab bu oldu: "ə görüş, nə məkan!? Mən başqa yerdəyəm". Bilmədim cin məni vurdu, yoxsa mən cini. Dedim axı başqa yerdəsinizsə məni bura niyə gətirmisiniz? Qayıtdı ki, siz maşındansınız? ə maşın, nə "şofer"? Bəyəm, bu bilmir ki, mətbuatın vəziyyəti nə yerdədir? Camaat ev kirəsini verə bilmir, görəsən, bunun ağlı kimlərə gedib? ə isə... Uzun pauzadan sonra qayıtdı ki, "bir taksiyə oturun, telefonunuza da verin "şofer"ə. Onu başa salacam ki, hardayam". Dedim siz nə danışdığınızı bilirsiniz? Bu nə hərəkətdi, ayıb deyil. Hörmət qarşılıqlı olmalıdı. Bizim "məşhur" sənətçi nə desə yaxşıdır? "Siz mənimlə ojidaniya" ilə danışmayın. Mənim kefim necə istəyirsə, elə də edirəm",- deyib əsl "mədəniyyət"ini nümayiş etdirdi. Dəstəyi üzümə qapadı.
Bu da mənim sənətkarım...
Sənətçi olasan, özün də belə "mədəniyyət"də? Məsələ geyinib, bəzənib, süslənib efirə çıxmaqla, qəmli-qəmli "Laçınım" deyə bağırmaqla deyil ki... Məsələ "vinmatelni" olmaqdadır. Amma sən demə, bu toyxana müğənniləri oxumurmuş, rol yaradırmış.
Mədəniyyət, vətənə məhəbbət, qarşısındakı insana hörmət (ələlxüsus da qadına) insanın qanında olur. Çox təəssüf ki, bu ülvü hissləri Məhəbbət müəllimdə görmədim. Məhəbbət müəllim isə deyir ki "dövlət mənə fəxri ad vermir". İndi siz mənə cavab verin görək dövlət sizə hansı əməllərinizə görə fəxri ad verməlidi? ümayiş etdirdiyiniz "mədəniyyət"inizə, yoxsa jurnalistə etdiyiniz hörmətsizliyə görə?
ecə deyərlər, məşhur bir mahnıda deyildiyi kimi "Məhəbbətin qüdrətini mən belə bilməmişdim".