Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




Seymur Verdizadə : Bir yazara cavab

  Sayta qoyulub: 17:18 28.02.2010 (509 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsinin 18-ci ildönümü ənənəvi çıxışların təkrarlanması ilə yadda qaldı. Ən müxtəlif konfrans salonlarına toplaşan insanlar Allahdan Xocalı şəhidlərinə rəhmət, ermənilərə lənət diləyib, evlərinə dağılışdılar.

Gənc yazar Qismətin çıxışı isə qeyri-adiliyi ilə fərqləndi. Eynəyini düzəldib müdrik görkəm alan natiq çıxışına təxminən bu sözlərlə başladı: "Biz bu salondan çıxandan sonra Xocalını unudacağıq. Axşam mən televizorun qarşısında əyləşib mənasız verilişləri seyr edəcəyəm".
Salona dərin sükut çökdü. Həmin vaxt beynimdən bu sual keçdi: "Qardaş, səni o mənasız verilişlərə baxmağa kim məcbur edir? Artıq neçə illərdi ki, bu ölkədə vaxtının qədrini bilən insanlar həmin telekanalları seyr etmirlər. Heç indiyə kimi eşitmisənmi Tağı İbrahimov kimisə döyə-döyə ATV-nin qarşısında oturtsun?"
Qismət bəy çıxışına bu sözlərlə davam etdi: "Biz Xocalını gənclərimizin "ulduz" seçdiyi, meyxana yarışmalarına SMS göndərdiyi gün uduzduq". One minut! Əgər bu sözləri Vurğun Əyyub kimi ziyalılığın simvolu sayılan bir adam desəydi, mən onu ayaq üstdə alqışlardım. Amma bu bəyanatın müəllifi rüşvət yuvasına çevrilmiş özəl universitetlərin birində müəllim işləyir. Dostum, hər gün mühazirə dediyin gənclərin tələbə biletini hansı yollarla aldığını bilmirsənmi? Cəmi 150 balla ali məktəbə qəbul etdiyiniz gənclərin Nəsimini Namiq Qaraçuxurludan daha çox sevəcəyini necə ağlına gətirə bilərsən? Heç işlədiyin universitetdə qiymət almaq üçün atasının qapısındakı sonuncu inəyi bazara çıxaran tələbə ilə qarşılaşmısanmı? Özündən kiçik bacı-qardaşlarının boğazını quru qoyan tələbə səni, sənin də bir "vintciyinə" çevrildiyin bu təhsil sistemini sevə bilərmi? Soyunduğu üçün asıb-kəsdiyin Royanın ölkənin ən nüfuzlu universitetinin hüquq fakültəsinə necə qəbul olunduğu ilə maraqlanmısanmı?
Hələ bu hamısı deyil. Yazar dostumuz çıxışının sonunda auditoriyanı əməlli-başlı kədərləndirdi. Sitat: "Xocalıdan bir uşaq vardı, şeir yazmışdı. Amma geyinməyə pencəyi yox idi. Biz ona pencək aldıq". Qardaş, bu ölkədə geyinməyə pencək tapmayan bir deyil, minlərlə uşaq var. Onların hamısına pencək almağa gücün çatarmı? Heç indiyə kimi maraqlanmısanmı, neft və milyonlar səltənətinin körpə vətəndaşları məktəbə geyinməyə niyə paltar tapmırlar?
Təxminən iki ay əvvəl də bu mövzuda yazmışdım. Azərbaycanlı yazar mövcud problemləri görməməzlikdən gəlib, tarixin qaranlıq künclərində mövzu axtardığı üçün oxucu onun səmimiyyətinə inanmır. Nadir şahdan roman yazan adam məktəbə geyinməyə ayaqqabı tapmayan Nadir adlı şagirdin həyatından da heç olmasa bir hekayə yazmalıdır. Ədəbiyyat təkcə keçmişi deyil, həm də müasir dövrü surətlər vasitəsilə əks etdirməlidir. Ulduzlara baxıb şeir yazmaqla zavallı Xocalı köçkünlərinin problemini həll etmək mümkün deyil...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Əlavə linklər



Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930