Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Xocalı faciəsi Türkiyədə qeyd olunub

  Sayta qoyulub: 01:57 28.02.2010 (302 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsi Türkiyədə qeyd olunub

Xocalı soyqırımının 18-ci ildönümü qardaş Trükiyədə də qeyd edilib. Bu barədə Müstəqil İnformasiya AgentliyinəTürkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova məlumat verib. X.Xəlilova deyib ki, iki gün öncə Kayseridəki Erciyes Universitetində anım tədbiri keçirilib. Tədbirdə 3 minə yaxın tələbə iştirak edib: "Toplantıdan əvvəl əllərində Azərbaycan və Türkiyə bayraqları olan gənclər Ermənistan əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Mərasim Türkiyənin müxtəlif mətbuat orqanlarında işıqlandırıldı".
Müsahibimizin sözlərinə görə, Xocalı faciəsi Manisada yaradılmış "Türk Dünyası Gənclik Topluluğu" tərəfindən də qeyd olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısında etiraz aksiyası keçirən gənclər bu nüfuzlu qurumdan Xocalı soyqırımını tanımağı tələb ediblər.
Sonda X.Xəlilova bildirib ki, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı gələn ay da Türkiyədə müxtəlif tədbirlər keçiriləcək. Martın 2-də Spartadakı Süleyman Dəmirəl Universitetində təşkil olunacaq konfransda tələbələrə erməni vandalizmi haqda məlumatlar veriləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829